Dəblə bağlı önəmli məsləhətlər

Dəblə bağlı önəmli məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 11
Əslində geyim həyatımızda mühüm rol oynayır.

Bu səbəbdən mütəxəssislər bir neçə məsləhətə əməl etməyi vacib sayırlar.

- İlk növbədə əsl qadın olun. Qarderobunuzu zərif və rəngarəng geyimlərlə doldurun. Ən azından 2 rəngdən istifadə etməyə çalışın.



- Sintetik geyim almayın. Çünki o, keyfiyyətsiz və ucuz görünür.



- Seçdiyiniz rənglərin sizə uyğun olmasına diqqət yetirin. Yadınızda saxlayın ki, sarışınlar zərif rənglərə, qara saçlı xanımlar tünd parlaq rənglərə, kürənlər isə qəhvəyi tonlara üstünlük verməlidirlər.



- Geyimin ölçülərinə mütləq diqqət yetirin. Sizi kök göstərib-göstərmədiyini, hansı çatışmazlığınızı üzə vurduğunu nəzərdən keçirin.



- Qarderobunuzu formalaşdırarkən orijinal və təkrarolunmaz libasların yer almasına fikir verin.



- Zəhlətökən qara gödəkçələri və paltoları rəngli şarflarla fərqləndirin. Hər dəfə dəyişik rənglərdən istifadə etməklə qara geyiminizi dəbə uyğunlaşdırmış olacaqsınız.



- Qarderobunuzda mütləq şəkildə aksessuar olmalıdır. Maraqlı kəmərlər, dəridən hazırlanmış müxtəlif əşyalar, pul kisəsi və s. də olduqca vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!