Siz onları havasız qoyursunuz, onlar sizi - həyatsız

Siz onları havasız qoyursunuz, onlar sizi - həyatsız
Faydalı məsləhətlər
10.09.2017 4
Ərzaqların vakuum şəraitdə saxlanması insan həyatı üçün böyük təhlükə mənbəyidir.

Danimarka Texniki Universitetinin alimləri deyirlər. Onlar aşkar ediblər ki, bəzi ərzaqlar vakuum plyonkasından əməlli-başlı "qorxurlar". Vakuum bağlama ərzaqları maksimum təravətli saxlamalı olsa da, əslində təhlükəli bakteriyaların artmasına səbəb olur.

Ekspertlər bildirirlər ki, bu xəstəliktörədən mikroorqanizmlər yoluxdurduqları xəstələrin dördə birini öldürür.

Tədqiqat nəticəsində məlum olub ki, oksigen çatışmazlığı zamanı Listeria monocytogens bakteriyası 14 dəfə daha aqressiv olur. Vakuum bağlamanın yaratdığı oksigensiz şərait bağırsaqlardakı ilə, demək olar ki, eynidir. Ona görə oksigenin olmadığı bağlamaya düşəndə bakteriya özünü orqanizmdəki kimi aqressiv aparır.

Bundan başqa, ekspertlər aşkar ediblər ki, Listeria monocytogens hər şəraitə uyğunlaşa bilir, hətta dondurucudakı soyuğa da.

Təhlükəli mikrobun ola biləcəyi ərzaqlar hər gün milyonlarla supermarketin dolablarından tonlarla alınan süd, dondurma, kamamber tipli yumşaq pendir, ət və ət yarımfabrikatları, çiy tərəvəzlər, çiy və bişmiş toyuq əti, çiy və hisə verilmiş balıqdır.



Həkimlər məsləhət bilirlər ki, vakuum bağlama nə qədər rahat olsa da, yenə də ondan imtina edilsin. Yəni imkan varsa, yemək və ərzaqlar da elə adi qablamada alınsın.


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!