Dondurma sağlamlığınızı əritməsin

Dondurma sağlamlığınızı əritməsin
Faydalı məsləhətlər
10.09.2017 5
Uşaqdan böyüyə, hər kəsin sevərək yediyi dondurma bu fəsildə ən çox üstünlük verilən qidalardan biridir  



İsti günlərin sərin ləzzəti olan dondurma bir çox vitamin və mineralları özündə birləşdirir. Tərkibi "A”, "B”, "C”, "D”, "E” vitaminləri, eyni zamanda protein, karbohidrat, kalsium, natrium, kalium, fosfor, dəmir, maqnezium və sink kimi minerallarla zəngindir. Lakin vitamin və minerallarla bol olan dondurmanın həddindən çox qəbulu sağlamlığa zərərlidir. Mütəxəssislərin fikrinə görə, ac olarkən yemək əvəzinə dondurmanın qəbulu bir sıra xəstəliklərə yol aça bilər. Bu zaman daha çox mədə ağrıları müşahidə olunur. Xüsusilə, uşaqların dondurma yemələrinə diqqət edilməsi vacib məsələ hesab olunur. Həkimlər uşaqlara dondurmanın böyük loğmalarla qəbul olunmasını riskli olduğunu bildirirlər.


 

Dondurmanın tərkibində müəyyən miqdarda hava olur ki, əgər uyğun şəraitdə saxlanılmazsa, əriməyə başlayır. Əriyən dondurmanın tərkibindəki hava yox olduğu üçün həcmi azalır. Nəticədə içərisində kiçik buz parçaları yaranır. Həkim-qastroloq Habil Hüseynov bu halda qəbul edilən dondurmanın boğaz ağrılarına səbəb olduğunu bildirdi. H. Hüseynov onu da qeyd etdi ki, dondurma sağlam insanda heç bir problem yaratmasa da, bəzi insanlar üçün zərərli ola bilər: "Dondurmada yüksək miqdarda kalori olduğundan artıq çəkidən əziyyət çəkənlərə normadan artıq qəbulu məsləhət görülmür. Eyni zamanda tərkibindəki maddələr şəkərin tez qalxmasına səbəb olduğu üçün şəkərə meyilli olan xəstələr xüsusilə diqqət etməlidirlər. Bu cür problemləri olan insanlara gün ərzində 1 porsiyadan artıq dondurma qəbul etmələri tövsiyə olunmur. Onu da qeyd edim ki, dondurma süddən hazırlandığı üçün südə allergiyası olan insanlar da diqqət etməlidirlər. Əks təqdirdə, bu onlarda mədə-bağırsaq problemlərinə gətirib çıxara bilər”. Dondurmanın sağlamlığa elə də ciddi zərər vermədiyini deyən H. Hüseynov bu mövzuda diqqət edilməli nüansları vurğuladı: "Dondurma alarkən, ilk növbədə, istehsalının keyfiyyətli olub-olmadığına diqqət etmək lazımdır. Dondurmalara qatılan konservantlar keyfiyyətli deyilsə, bu da uyğun olmayan şəraitdə saxlandıqda kremlərdən keçən infeksiyalar daha da inkişaf edir və nəticədə mədə-bağırsaq xəstəlikləri əmələ gəlir. Bunun üçün də sertifikatı olan şirkətlərin istehsalına üstünlük vermək lazımdır”.


 

Mütəxəssislər hesab edirlər ki, dondurmanı yeməkdən sonra qəbul etmək daha məqsədəuyğundur. Dondurma qəbulundan sonra ilıq su içmək sizi boğaz ağrılarından qoruyacaqdır.



"Zaman Azərbaycan"


 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!