Körpələriniz üçün qatığı özünüz hazırlayın

Körpələriniz üçün qatığı özünüz hazırlayın
Faydalı məsləhətlər
10.09.2017 17
Uşaqlarınız və özünüz üçün qatığı özünüz mayalayın. Baxın hər gün təbii
olmayan südlərin və qatıqların içində bizim üçün nə qədər zərərli
antibiotiklərin və hormonların olduğu ortaya çıxır.



İnanın hazırlamaq 5 dəqiqənizi alır və çox dadlı olur. İki gündən bir axşamdan edin səhərə hazırdır.

1 litr təzə südü qaynayana qədər istilədin. 18 dəq öz-özünə soyusun. 18 dəq sonra  üstündəki qaymağı alın.

1 litrlik şüşə qaba tökün südü. İçinə 3 çay qaşığı qatıq qatın , bir dəfə yavaşca qarışdırın.

Üstünə bir parça kağız dəsmalı 2 dəfə qatlayıb örtün, bu kağız dəsmal nəmi çəkəcək beləliklə qatığınız sulu olmayacaq.

Ən üstə də falqa örtün. Kimsənin dəyməyəcəyi soyuq olmayan bir yerə
qoyun və üstünü isti tutacaq adyal kimi birşeylerle 2-3 qat örtün.
Heç yerindən tərpətməyin . 8-10 saat sonra ( axşamdan qoydunuzsa səhərə məsələn ) yavaşca açın, üstünü şüşə qapaqla örtün.Mümkün olduğu qədər hərəkət etdirmədən soyuducuya qoyun. 10 saat toxunmayın, sonra yeyə bilərsiniz.

5-6 gün bəs edir. Hamısını istifadə etməyin. Biraz ayırın və bir sonrakı qatıq üçün onu maya olaraq istifadə edin.

Vaxtım yoxdur deməyin uşaqlarınızın və sizin sağlamlığınız üçün çox əhəmiyyətlidir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!