Alt paltarlarının seçim xüsusiyyətləri

Alt paltarlarının seçim xüsusiyyətləri
Faydalı məsləhətlər
10.09.2017 26
Sizin qarderobunuzda neçə növ alt paltarı modeli var? Əgər siz
düşünürsünüzsə ki, bu geyimin iki dəsti kifayət edər, bu zaman siz çox
yanılırsınız. Onun da istənilən başqa geyim kimi, bir çox versiyaları
var və o da müxtəlif vəziyyətlər üçün uyğun olmalıdır. Biz idman zalı,
ofis, hamiləlik və ya uşaq yedirmə vaxtı istifadə olunan alt paltarları
haqqında danışacağıq.
 
 
Hamilə qadınlar üçün alt geyimləri
 
Bu dövrdə qadının bədəninin nisbətləri dəyişilir və təbii ki, birinci
yerdə rahatlıq anlayışı olur. Hərçənd ki, bir çox süni materiallardan
hazırlanmış alt geyimləri də olduqca rahatdır, bu halda təbii
parçalardan tikilmiş modellərə üstünlük verməyiniz daha məsləhətdir. Bu
modellərdən biri də mikrofibradır.
 
Parçadan başqa, alt geyimlərinin tikilişinə də xüsusi diqqət ayırmaq
lazımdır. Tikişlərsiz və xüsusi əlavələrsiz alt paltarları sinəni yaxşı
saxlayır və dərini sürtmür. Bəzi hamilə qadınlar üçün nəzərdə tutulmuş
alt paltarlarının modellərində qarını saxlamaq üçün xüsusi formalar
nəzərdə tutulmuşdur. Belə modellərdən istifadə zamanı sizin dərinizdə
dartılmalar yaranmayacaq.
 
Çox artmış sinə üçün rahatlıq və dəstəyə görə geniş bretelləri olan
modellər uyğun gələcək. Uşaq yedirən analar üçün nəzərdə tutulmuş alt
geyimləri xüsusi formaya malikdir ki, onlar yedirmə zamanı paltarınızı
çıxarmadan da körpəni yedizdirməyə imkan yaradacaq. Bu modellər fəal
yaşamağa və təbii analıq ideyasını dəstəkləməyə icazə verdikləri üçün
çox rahatdır.
 

 
İdmanla məşğul olanlar üçün nəzərdə tutulmuş alt geyimləri
 
İdman üçün nəzərdə tutulmuş alt paltarları da öz xüsusiyyətlərinə
malikdir. O rütubəti canına yaxşı çəkməlidir, çünki idmanla məşğul olan
zaman biz daim tərləyirik. Bundan başqa o elastik olmalıdır, çünki
müxtəlif tapşırıqların icra edilməsi zamanı bədən daim dartılmalara
məruz qalır. Geniş boyun qayışları və sıx ilgəkləri olan alt geyimlərini
seçməyiniz məsləhətdir. Seçim sizin hansı növ idmanla məşğul
olmağınızdan da çox asılıdır. Küçə və ya güc tələb edən məşğuliyyətlər
üçün möhkəm modellər uyğun gələcək, idman zalında məşğuliyyətlər üçün
isə – daha yüngül modellərdən istifadə etmək olar.
 
 Ofis üçün nəzərdə tutulmuş alt geyimləri
 
Əgər siz ofisə getməyə hazırlaşırsınızsa, bu zaman alt geyimizin
modelinə və ən əsası da rənginə diqqət etməyiniz məsləhətdir. Bu zaman
çox cəzbedici, bəzəkli və köynəyin altından görünə bilən modelləri
geyinmək lazım deyil. Əsasən ağ və bej rənglərdə olan klassik modellərə
üstünlük verin, tünd köynəklər üçün isə qara rəngli alt geyimləri uyğun
gələcək. Büzmə haşiyələri, krujevalı və müxtəlif bəzəkli və rəngli alt
geyimlərini əyləncə gecəsi və ya görüşlər üçün təxirə salmaq daha
yaxşıdır. Ofisə sadə və zərif geyinmək lazımdır, bu zaman incə
materiallardan hazırlanmış relyefsiz modellər çox yaxşı uyğunlaşacaq.
 
Düzgün seçim zamanı, siz əmin olacaqsınız ki, bu geyimin
daşınmasından həzz almaq olar. O hərəkətlərinizi məhdudlaşdırmayacaq,
dərinizi sürtməyəcək və bədəninizi sıxmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!