Güzgü haqqında bilməniz gərəkənlər

Güzgü haqqında bilməniz gərəkənlər
Faydalı məsləhətlər
10.09.2017 22
1. Evinizdə olan bütün güzgülər təmiz olmalıdırlar. Onları tez-tez ləkələrdən və tozdan təmizləmək lazımdır. Xüsusilə də evə pis adam girib çıxıbsa gərək güzgü təmizlənsin. Əgər belə bir insan güzgünüzə baxıb ürəyində pislik arzulasa bu həyata keçər. Ona görə də pis adamdan gəlməmişdən qabaq və getdikdən sonra güzgüləri nəm əski ilə silin.



2. Əgər güzgünü bilmədən sındırmısınızsa cəld onu evdən çölə çıxarıb atın. Sınmış güzgü bədlik gətirə bilər.



3. Xəstə olanda çalışın güzgüyə az baxın. Neqativ enerji digər ailə üzvlərinizə də keçə bilər.



4. Güzgü yatağınızı əks etdirməməlidir. Çünki insan yatanda o müdafiəsiz olur. Enerjisi isə axıb gedir. Çalışın güzgünü elə yerə qoyun ki o sizin enerjinizi udmasın.



5. Güzgü evdəki pis şeyləri əks etdirməməlidir. Məsələn, çirkli paltarları, zibil vedrəsini, unitazı və s.



6. Çalışın güzgü qarşısında sevdiyinizlə dalaşmayın.



7. Çalışın evin girişindəki güzgü böyük olsun və ailə üzvlərinizi başdan ayağa əks etdirsin. Başınızı və ya belinizi kəsən güzgülər yaxşı olmurlar.



8. Güzgü qarşısında üzünüzü əyməyin, bütün gün ona baxmayın. Çalışın güzgüyə yaxınlaşanda gülümsəyəsiniz. Güzgüyə baxdıqda özünüzə uğur arzulayın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!