Yağışlı səhərlərdə sevinciniz yerinə gəlsin

Yağışlı səhərlərdə sevinciniz yerinə gəlsin
Faydalı məsləhətlər
10.09.2017 54
Peşəniz nə olursa olsun, yağışlı səhərləri sevindirmək üçün bəzən kiçik dəyişikliklərə ehtiyacınız ola bilər. Sıxıcı ,boz və buz kimi bir havada yataqdan çıxmaq həqiqətən çox çətindir.
Belə havalar sizi keyliyə təşviq edə bilər. Lakin hər vaxt pessimizmə qapılmamaq və canlanmaq üçün edə biləcəyimiz bir şey mütləq var! Yağışlı və iç qaraldıcı bir günə başlarkən atacağınız bu kiçik addımların sevinci, gününüzü işıqlandırmanıza köməkçi olacaq!
Gözəl paltarlar!
Paltarınız o günkü ruh halınızı təsir edə bilər, rənglərin üzərinizdəki təsiri də düşündüyünüzdən daha qüvvətli ola bilər.
Əgər yataqdan özünüzü yaxşı hiss edərək qalxdınızsa, qırmızı geyməyi seçim edə bilərsiniz. Amma onsuz da əhvalsız və narahat oyandınızsa bu rəngdən uzaq durun. Qırmızı yerinə canlı zümrüd yaşılı rəngində bir paltar seçim edə bilərsiniz. Zümrüd yaşılı, sizə enerji qatan, əsəblərinizi yatıran bir rəngdir və özünüzü daha sağlam və xoşbəxt hiss etmənizə köməkçi olar.
Sakitləşdirici bir təsir üçün mavini seçim edə bilərsiniz, sarı və bənövşəyi rəngləri də yaradıcılığınızın artması üçün geyinə bilərsiniz.
İçində özünüzü ən rahat hiss etdiyiniz tərzdə geyinin və günə başlamağa hazır olun!
Çətir
Özünüzə xoşunuza gedən, çox bəyəndiyiniz qəşəng bir çətir alsanız yağışlı günləri daha asan sovuşdura bilərsiniz. Bir çoxumuz yol kənarlarında satılan ucuz və dayanıqsız çətirlərlə yağışa və küləyə meydan oxumağa çalışırıq.

Hərəkətli musiqilər dinləyin!

Telefonunuza ya da mp3 pleyerinizdə sevdiyiniz hərəkətli musiqiləri yükləyin və xüsusilə belə cansıxıcı havalar üçün bir siyahı meydana gətirin. Avtomobil istifadə edirsinizsə, avtobus gözləyirsinizsə sevdiyiniz hərəkətli musiqiləri dinləmək əhvalınızı yüksəldəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!