Paltarlarımızdan ləkələri necə aparmaq olar?

Paltarlarımızdan ləkələri necə aparmaq olar?
Faydalı məsləhətlər
10.09.2017 41
Qəhvə ləkəsi:

Qəvə ləkəsinin düşməni yumurta sarısıdir. İlıq suya bir yumurta sarısı töküb ,yaxşıca qarışdırın. Onu ləkənin üstünə töküb 1-2 dəqiqə gözləyin sonra su ilə yuyun. Ləkənin necə yox olduğunu görəcəksiniz.



Qan ləkəsi:

Çox ehtimal ki, qan ləkəsi gün ərzində ən çox rastlaşdığımız  problemlərdən biridir. Soyuq suya çoxlu duz tökün. Sonra bu məhlulu ləkənin olduğu yerə töküb, qalan duzla ləkəni ovun. 1-2 dəqiqə sürtdükdən sonra sabunla yuyun.



Dodaq boyası ləkəsi:

Çətin ləkələrdən biridir. Bu ləkəni aparmaq üçün ən yaxşı vasitə qabartma tozudur. Dodaq boyası dəymiş paltarınızı qabartma tozu ilə yusanız ləkəni təmizləmiş olarsınız. Bəzi məlumatlara görə saç spreyləri də dodaq boyası ləkəsi üçün faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!