Günəşdən qoruyur, xərçəngdən yox

Günəşdən qoruyur, xərçəngdən yox
Faydalı məsləhətlər
10.09.2017 28
Günəşli günlərdə, xüsusilə də çimərlik mövsümündə həkimlər əhalini ultrabənövşəyi şüalardan qorunmaq üçün xüsusi qoruyucu vasitələrdən istifadə etməyə səsləyirlər.
Britaniya İnstitutunun alimləri isə tək kremin problemləri həll etmədiyini deyirlər.
Onların apardıqları eksperiment göstərib ki, melanomanın yaranma riski gen mutasiyaları ilə əlaqədardır. Dərinin piqment hüceyrələrindəki DNT-nin pozulması günəş altında, kremdən istifadə edilmədiyi zaman yaranır. Krem bu zərbənin qarşısını müəyyən qədər alsa da, yenə də bu dəhşətli xəstəliyi törədən ultrabənövşəyi şüalar qarşısında acizdir.
Buna görə yalnız kremə arxalanaraq günəşlənməyi alimlər məsləhət bilmirlər. Onların fikrincə, yaxşı olar ki, fiziki baryerlərdən, məsələn, enli kənarlı şlyapa, tunika, eynəkdən istifadə olunsun. Kölgədə qaralmaq da olar. Günəş kreminin SPF-filtr göstəricisi isə 30-dan az olmamalıdır.
Piqment hüceyrəsindəki DNT hər dəfə günəş yanığı zamanı dağılır və burada kremdən istifadə olunub-olunmamasının heç bir əhəmiyyəti olmur, xərçəngin yaranmasına isə bu "dəfələrin" çoxluğu səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!