Soyuq duşun faydaları

Soyuq duşun faydaları
Faydalı məsləhətlər
10.09.2017 79
İsti yay günlərində bizi sərinlədəcək yeganə şey olan soyuq suyun faydaları çoxdur.



Soyuq su bədəni gənc saxlamaqla yanaşı...



İmmunitet sistemini gücləndirir. Araşdırmalar zamanı müəyyən olunub ki, soyuq su bədəni titrətdiyi üçün maddələr mübadiləsini sürətləndirir və immuniteti artırır.



Bədənimiz üşüyəndə isinmək üçün daha çox enerji sərf etməli olur. Buna görə soyuq suyla çimərkən isinməyə çalışdığımızda bədənimiz daha çox yağ yandırar və arıqlamağa kömək edər.



Soyuq su ilə çimənlərin qan dövranının daha sürətli olduğu bildirilir. Soyuq su qan axınını həyati orqanlara yönləndirir. Bununla həm də sellülitlərin görünməsinə də mane olur.



Soyuq su depressiya simptomlarını azaldır. Depressiv zamanlarda soyuq suyun altında bir müddət dursanız, özünüzü daha yaxşı hiss edəcəksiniz.



Soyuq su dəri və saçların parıldamasına kömək edər. Dəridəki məsamələrin daralmasına kömək edir.



Soyuq su ilə çimən kişilərdə testesteron səviyyəsi artır.



İsti su və isti şərait kişilərdə sperma keyfiyyətini aşağı saldığından soyuq su bunun əksini edir. Uşaq sahibi olmaq istəyənlər soyuq su ilə çimsin.



Yuxu probleminiz varsa, soyuq su ilə çimin. Soyuq duşun yaratdığı şok ilə bədəniniz rahatlayacaq və rahat yuxuya gedəcəksiz.



Soyuq suya məruz qaldığınızda daha dərindən nəfəs almağa ehtiyac duyarsınız. Bunun sayəsində ağciyərləriniz açılar və daha çox oksigen qəbul etmiş olarsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!