Evi düzgün təmizləmənin 6 qaydası

Evi düzgün təmizləmənin 6 qaydası
Faydalı məsləhətlər
10.09.2017 53
Birinci sirr:

Hər şeyi vaxtında.


Təmiz-həmişə çirklənən yox, həmin an yığışdırılıb-təmizlənən yerdir. istənilən "səliqəni pozan" təcili olaraq aradan qaldırılmalıdır. Xüsusən də bu divar kağızında, mebeldə, döşəmədə olan ləkə və ya çirkdirsə. Növbəti gün özündə qüvvə toplayıb "xüsusi vasitəni", məsələn, ləkəgötürəni işə salmaq lazımdır. Xalçada olan nəm torpaq ləkəsi istisna olmaqla. Yaxşı olardı ki, həmin nəm torpağın qurumasını gözləyəsiniz və sonra tozsoran vasitəsilə təmizləyəsiniz.



İkinci sirr:

Bütün dünyanın meyl etdiyi qayda


İddialarınızla hərəkət etməyin-uduzarsınız. Bütün evi yığışdırmaq üçün yuxarı mərtəbədən başlayın, tədricən aşağı düşün və sonda zirzəmi. Otağı yığışdırarkən bu prinsiplərə əməl edin: tavandan hörümçək torunu və tozu alın, işıqlandırma cihazlarını və ventilyasiya çərçivələrini silin. Sonra pəncərə və divar kağızlarını, mebeli, qapıları və nəhayət yaşmaqları və döşəməni. Belə olan halda təmizlədiyiniz yerlərə toz qonmayacaqdır. Analoji olaraq güzgü və şüşələri də bu cür təmizləyirsiniz. Maye mütləq aşağıya doğru axacaqdır.



Üçüncü sirr:

Əvvəl quru, sonra yaş.


Otaqlarda pəncərə, divar və mebeli təmizləyərkən əvvəlcə tozunu alın, süpürün, silin və sonra təmizləyici maye vasitələrdən istifadə edin.



Dördüncü sirr:

Yumşaqdan bərkə doğru.


Yumşaq təmizləyici vasitələrin qeyri-əminliyinə dözərək cilalayıcı və təmizləyici məhlullara keçin. Hər hansı bir şeyi silərkən əvvəlcədən onun hansı materiallardan hazırlandığını düşünün ki, onları korlamayasınız. Mətbəx plitəsinin emalını metal sürtkəclə korlamaqdansa xırda ləkələri saxlamaq da olar.



Beşinci sirr:

Tələsmək lazım deyil


Zaman-müttəfiq. Arabir bir az səbirli olmaqla çirkabları tez və effektiv olaraq aradan qaldırmaq olur. Məsələn, plitəni (stol, soyuducu) təmizləmək üçün əvvəlcə ləkələr olan yerə təmizləyici maye çiləyir və digər işlərinizlə məşğul olmağa başlayırsınız. Bir neçə dəqiqədən sonra sizə yalnız həmin hissəni nəm süngərlə silmək kifayət edir.



Altıncı sirr:


Hər şey əl altındadır
Silib-təmizləmə zamanı qoy əlinizin altında ən zəruri əşyalar olsun:- rahat tutacaqlı böyük plastik vedrə

- kağız dəsmallar

- zibil yığmaq üçün kisələr

- tozun silinməsi üçün salfetlər

- yuyucu və təmizləyici vasitələrскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!