Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır

Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır
Faydalı məsləhətlər
10.09.2017 10
Ayova Universitetinin alimləri apardıqları araşdırma zamanı müəyyən ediblər ki, tonusu dəstəkləmək və uzunömürlülük üçün gündə cəmi 5 dəqiqə qaçmaq kifayət edir.



Araşdırmada 55 min könüllü iştirak edib. Onların yaşları 18-dən 100-ə qədər olub. Araşdırma nəticəsində məlum olub ki, qaçış həvəskarlarının ölüm riski 30% azdır. Onların ürək-damar xəstəliklərindən ölmək ehtimalları isə 45% azdır.



Prinsipcə hamımız bilirik ki, fiziki aktivlik sağlamlıq üçün faydalıdır. Ancaq bu araşdırmada maraqlı olan cəhət ayrıdır. Alimlər aşkar ediblər ki, hətta qısa məşqlər də orqanizmi tonusda saxlayır. Misal üçün, cəmi beş dəqiqə qaçmaq insan ömrünü 3 il uzadır.



Əgər kiminsə qaçmaqdan xoşu gəlmirsə, onlara velosiped sürmək də tövsiyə edilir. İstənilən halda kiçik fiziki məşq də sağlamlıq üçün faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!