Səhərlər erkən dura bilmək üçün tövsiyələr

Səhərlər erkən dura bilmək üçün tövsiyələr
Faydalı məsləhətlər
10.09.2017 56
Səhərlər erkən durmaq iş həyatının ən çətin ehtiyaclarındandır. Çoxunuz gün içində çalışarkən "axşam evə gedincə erkəndən yatacağam" deyər, ancaq bu heç bir zaman mümkün olmaz. Çünki hamınız bir ictimai həyatı vardır və yarıda buraxıb gecəni yataraq keçirmək istəməzsiniz. Bu vəziyyətdə də gec yatıb səhərdə çox çətinlik çəkərək, əsəbi və agresif bir halda oyanarsınız. Əgər hər gün erkən durmanız lazımdırsa mütəxəssislərin tövsiyələrini araşdıra bilərsiniz.



Tez yatın: Səhərlər erkən dura bilməmənizin səbəbi kifayət qədər yata bilməməniz ola bilər. Gecələri tez yatsanız, yuxunuzu alarsınız və səhər də rahatca oyanarsınız. Gecə yarısına qədər ya da daha gec saatlara qədər ayaqda qalmağa həqiqətən ehtiyacınız var? Gec saata qədər oyanıq qalsanız sabahısı gün məhsuldar ya da faydalı olamaya bilirsiniz. Gərəksiz televiziya şouları ya da ictimai media olmasa da olar, zamanınızı boşa xərcləməyin.



Yuxu saatlarınızda nizamlı olun: Həftə sonları da daxil olmaq üzrə hər gün eyni saatlarda yatıb eyni saatda dursanız bədəniniz nizamlı bir yuxu proqramına vərdiş edər. Bunu vərdiş halına gətirsəniz səhərlər erkən durmağa çətinlik çəkməzsiniz.



Yatmadan əvvəl əsla yemək yeməyin: Gecənin irəliləyən saatlarında atışdırmalıqlar ağılınıza gələ bilər, bu səhər erkən qalxmaq və özünüzü istirahət etmiş hiss etmək istədiyinizdə bu çox da yaxşı bir fikir olmaz. Yuxu bədəninizin distirahət etmə, təmir və yenidən gümrah olması üçün lazımlıdır. Yediyiniz atışdırmlıq yuxuya getmənizi çətinləşdirər. Gecə boyunca mədəniz dolu olunca narahatlıq hiss edərsiniz. 8 saat ayılmadan yatsanız belə səhər oyanınca özünüzü yorğun və gücsüz hiss edərsiniz.



Erkən durmaq üçün yaxşı bir səbəbiniz olsun: Səhərlər erkən durmaq ilk başlarda sizin üçün çətin ola bilər. Bunun üçün özünüzə yaxşı bir səbəb taparaq motivasiya edin. Erkən oyandığınızda gözəl bir səhər qaçışı kimi şeylərlə özünüzü mükafatlandıra bilərsiniz.



Məşq edin: Erkən oyanmaq üçün məşq əyləncəli bir vasitədir. Çünki günortadan sonra ya da axşam saatlarında edilən məşq erkən yatıb bədəninizin yaxşıca istirahət etməsini təmin edər. Ayrıca səhərlər məşq etmək də özünüzü enerjili hiss etmənizi təmin edər.



Zəngli saatınızı uzana bilməyəcəyiniz bir yerə qoyun:
Olduqca keçmiş bir üsul olsa da erkən qalxmada ən təsirlisidir. Saatınızı axşamdan qurun və otağının digər tərəfinə yerləşdirin. Beləcə səhər zəng saatı tərəfindən yataqdan qalxıb zəngi bağlayarsınız və yuxunuz daha tez açılar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!