Faydalı məsləhətlər

Faydalı məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 15
Toyuğunuzun bişdikdən sonra daha gözəl görünməsi üçün onun üzərinə bişməmişdən əvvəl limon suyu tökün.



Aldığınız qəhvəni təzə saxlamaq istəyirsinizsə şüşə qaba boşaldıb içinə iki ədəd qənd atın. Ağzını möhkəmcə bağlayın. Qəhvənizin təzə qaldığını görəcəksiniz.



Cəfəridən daha çox faydalanmaq üçün saplarını da istifadə edin. Cəfəri saplarını atmayıb yaxşıca təmizlədikdən sonra şorbalarda istifadə edə bilərsininiz.



Limondan daha çox su əldə etmək istəyirsinizsə, limonu yuyub quruladıqdan sonra çəngəllə bir dəfə dəlin, sonra suyunu sıxın.



Hazırladığınız pudinqi soyudarkən üzərinin sürüşkən olmağını istəmirsinizsə, pudinq istiykən üzərinə şəkər tozu səpin ya da davamlı qarışdıraraq soyudun.



Mannıdan sıyıq bişirərkən onu soyuq su ilə bir neçə dəfə yuyun. Belə etsəniz, mannı sıyığı yumurlanmaz, dənəvər və ləzzətli olar.



Mürəbbənin bişdiyini bilmək üçün suçəkən kağıza 1 damla şirə damızdırın. Əgər damcının qıraqlarında yaş ləkə əmələ gəlmirsə, mürəbbə bişibdir.



Qatığı uzun müddət saxlamaq istəyirsənsə,içindəki suyu atmayın.Bütün vitamin və minerallar bu suyun içərisində olur.



Pomidor sousunuz çox turş isə içərisinə bir kök rəndələyin. Kök sousunuzu dadlandıracaq.



Limon sərt və suyu çətin çıxırsa, kəsmədən əvvəl bir iki dəqiqə isti suya batırıb sonra kəsmək lazımdır. O zaman suyunun daha asan çıxdığını görəcəksiniz.



Yumurtanı bişirəndə içinə duz atsaq qabığını soymaq daha asan olar.



Pendiri asan rəndələmək üçün, 15 dəqiqə buzluqda gözlədin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!