Yay aylarında rahat yatmaq üçün məsləhətlər

Yay aylarında rahat yatmaq üçün məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 22
Məlumatlara  görə yaxşı bir yuxu ürəyin dərmanıdır.

Yay aylarında bir
çox insanda baş verən yuxusuzluq problemləri üçün sadə proseduraların
tətbiqi belə yetərlidir. İmkan daxilində bədən istiliyini aşağı salmaq,
günlük rejimə riayət etmək, enerji xərcləmək isti havalarda yaşanan yuxu
problemlərini asan yollarından biridir. Həmçinin ayaqları sərin saxlamq
da təsirlidir.

Bunun üçün bədən istiliyi enənədək ayaqları soyuq bir
suda bir müddət gözlətmək lazımdır. İsti havalar üçün ən təsirli
yollardan biri sərin su ilə duş almaqdır.

Bu rahatlanmağa və bədəni möhkəmləndirməyə də kömək edir.

Bəzilərinə
görə rahat yuxu üçün yataq ölçülərinə də fikir vermək olar. Bunun üçün
yataq ölçüləri ən azı 180×240 sm ölçülərində olmalıdır. Həmçinin gecə
lampaları açıq buraxılmamalıdır. Edilən bir sıra tədqiqatlara görə açıq
olan lampalar belə insanların yuxusunu qaçırır. Bəzi insanlarda yaşanan
yuxusuzluq problemləri üçün faydalı məsləhətlər vermək istərdik.
Məsələn:

Yatarkən özünüzü yuxulu hiss etmədən yatağa getməyin. Yatma vaxtında yuxu hiss etmirsinizsə, başqa bir şey edin.

Kitab oxuyun, yüngül bir musiqi dinləyin və s. Bu sizin bədəninizi rahatlaşdıracaq.

İlıq duş, faydalı qidalar və s. rahatlaşdırıcı işlər yatmazdan əvvəl təsirlidir.

Bəzi vərdişlərin yuxu nizamına və yuxu keyfiyyətinə mənfi təsiri olur. Odur ki, həmin məsələlərdə ehtiyyatlı olmaq lazımdır.

Yataqda televizor seyr etmə, kitab-qəzet oxuma, kompüter oyunu oynama, yemək yemə kimi davranışlardan uzaq olmaq məsləhətdir.

Buna görə də televiziya qarşısında yatmaq yerinə qaranlıq, səssiz və komfortlu bir yer yataq yeri seçməlisiniz.

Yuxu həblərindən istifadəyə diqqət yetirin. Yatma vaxtına yaxın saatlarda ağır qida qəbulunu dayandırmaq lazımdır.

Həmçinin yatmazdan əvvəl altı saat içərisində ağır məşqlər etmək orqanizmə yaxşı təsir göstərmir.

Bu baxımdan yuxarıda qeyd olunanlara daha çox diqqət göstərmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!