Soyuducuda mikorblar nece yarana bilər

Soyuducuda mikorblar nece yarana bilər
Faydalı məsləhətlər
10.09.2017 5
Açıqda qalsa,
otaq şəraitində xarab olar deyə əlimizə nə gəldi soyuducuya qoyuruq.
Əslində elə şeylər var ki, soyuducusuz da keçinər. Belə ərzaqları
soyuducuya qoyduqda keyfiyyəti itir, həm də soyuducuda mikrobların əmələ
gəlməsinə səbəb olur. Ərzaqları soyuducuya düzgün yerləşdirmədikdə də
mikroblar törəyir. Məsələn, ərzağı alver edilən sellofanlarda soyuducuya
qoyuruq. Sellofana bulaşmış bakteriyalar soyuducudakı digər qidalara da
keçir.



Qidaların
qara rəngli sellofanlara qoyulması məsləhət deyil, çünki həmin
sellofanların rəngi çıxdığından orqanizm üçün təhlükəlidir. Yeməklərin
soyuducuda saxlanması üçün ağ sellofanlar, çini və şüşə qablar
seçilməlidir.



[/b]Ərzaqların soyuducuya yerləşdirilməsi aşağıdakı kimidir:

Süd

Süd qutusunun ağzını açmısınızsa, istifadə etdikdən sonra qalan südü mütləq şüşə bankada saxlayın.



Limon

İstifadə etdiyiniz limonların kəsilmiş hissəsini üzü aşağı şəkildə qaba qoyun və soyuducuya yerləşdirin.



Yoqurt

Yoqurtu sulanmasın deyə içində qaşıq saxlamayın, üzərini qaşıqla hamarlayıb uzun müddət saxlaya bilərsiniz.



Banan

Bananı soyuducuya qoymayın. Otaq temperaturunun aşağı olduğu yerlərdə, məsələn, pəncərənin yaxınlığında saxlaya bilərsiniz.



Balıq

Balığı soyuducuda geniş və dayaz qabda saxlayın.



Pendir

Holland pendirini hava keçirməyən plyonkalara bükün ki, qurumasın.



[b]
Qoxunu necə yox etmək olar?

Soyuducudakı
bütün ərzaqlar ağzıqapalı halda, bir-birinə toxunmaz şəkildə
saxlanılmalıdır. Soyuducunun ən isti bölməsi 5-7, ən soyuq bölməsi isə
-4 dərəcə olmalıdır. Balaca bir qaba karbonat tökərək soyuducunun bir
tərəfində yerləşdirməklə pis qoxunu aradan qaldıra bilərsiniz.



Soyuducuya
çoxlu ərzaq qoymayın. Ərzaq çox olduqda hava axını rahat dolaşmır və
nəticədə, soyuducu yaxşı soyutmur. Bu üzdən də ərzaqlar xarab olub,
mikrob mənbəyinə çevrilir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!