Hamamda bunları qətiyyən etməyin

Hamamda bunları qətiyyən etməyin
Faydalı məsləhətlər
10.09.2017 6
Hamam evimizdə gigiyenik təmizlik üçün ən vacib bucaqlardan biridir.
Hamamda etdiyimiz hər şeyin düzgün olduğunu düşünürük. Ancaq bəzən
səhvlərə də yol verə bilərik. Bəs bu səhvlər nələrdir?



1. Diş fırçalarını unitaza yaxın yerdə saxlamaq

Unitazı
nə qədər yusanız da, ora yenə də bir mikrob mənbəyidir. Buna görə
mütəxəssislər unitazın qapağının həmişə bağlı saxlanılmasını və diş
fırçalarını qapalı bir qabda saxlamağı məsləhət görürlər.



2. Yaş dəsmallar

Bakteriyalar
yaş dəsmallarda daha çox toplanır. Yaş dəsmallarla qurulandığınızda
vücudunuzdakı yaralarınıza infeksiya düşməsi halları daha çox olur.
Bunun qarşısını almaq üçün dəsmalların bir nəfərdən artıq şəxsin
istifadə etməməyi, yaş halda istifadə edilməməyi, tez-tez dəyişdirilməsi
lazımdır.



3. Hamam kisəsi

Sintetik kisələrdən uzaq
durun. Kisənin 8 həftədən bir dəyişdirilməsi lazımdır. Yoxsa hamam
kisəniz bakteriyalarla zəngin olacaqdır.



4. Əl yumaq

Yoluxucu
xəstəliklərin qarşısını almağın ən asan yolu əlləri tez-tez yumaqdır.
Ancaq mütəxəssislər sadəcə əllə yumaqla kifayətlənməyin düzgün
olmadığını bildirib. Əllər yuyularkən uzağı 20 saniyə sabunlu
qalmalıdır.



5. Duş pərdəsi

Duş pərdəsinin uzun və ya yerlə təmasda olması onun aşağı hissəsinin hər zaman yaş olmasına və kiflənməsinə səbəb olacaq.



6. Hər yeri eyni vasitəylə təmizləmək

Unitaz,
əl-üz yuyan, hətta hamam güzgünüzü fərqli fırçalarla təmizləməlisiniz.
Yoxsa bakteriyalar fırçayla digər hissələrə hopar və nəticədə hər tərəf
bakteriyalarla zəngin olar.



7. Şampun istifadəsi


Saç
dəriniz təbii yağını özü istehsal edir. Bu yağ saçı yan təsirlərə və
tökülməyə qarşı qoruyur. Hər gün şampun istifadəsi bu yağın müsbət
təsirini azaldır və zərərli ola bilər.



8. Təmizlik

İnfeksiya
və xəstəliyə yol açan bakteriyalar əleyhinə hər zaman təmizlik işləri
görərik. Ancaq bunun üçün istifadə etdiyimiz vəsaitlərin çoxu kimyəvi
maddələrlə zəngindir. Bu cür vəsaitlər dəri və tənəffüs xəstəliklərinə
yol aça bilər. Buna görə istifadə etdiyiniz ləvazimatların tərkibinə
diqqət edin.



9. Hamam döşəməsi


Hamamın döşəməsi bakteriya ilə doludur. Döşəməni tez-tez təmizləyin və mümkün qədər döşəmənin üstündə ayaqyalın gəzməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!