İstiotu süfrənizdən əskik etməyin

İstiotu süfrənizdən əskik etməyin
Faydalı məsləhətlər
10.09.2017 14
İstiotun tərkibində kalium, maqnezium, dəmir, K və C vitamini vardır. Öskürəyi azaltmağa kömək eidir, soyuqdəyməyə və həzmə dəstək olur. Mineral maddələrlə zəngindir. Antibiotik xüsusiyyəti vardır. Xəstəliyin qarşısını almaqda təsirlidir. Tərkibindəki C vitamini sayəsində təbii antibiotik xüsusiyyət daşıyır. Həzm prosesini asanlaşdırır, bu səbəbdən bağırsaq və mədə ilə əlaqədar xəstəliklərin qarşısını almağa kömək edir. Bakteriyaların səbəb olduğu xəstəliklərin müalicəsində faydalıdır. Qəbizlik, ishal və kolit kimi xəstəliklərin müalicəsində istiotun təsiri müşahidə edilmişdir. Balla qarışdırılan istiot öskürəyə yaxşı gəlir. Qrip və burun tutulmalarına yaxşı gələn qara bibər xərçəngə qarşı da təsirlidir. İstiot bədəndə maddələr mübadiləsini işləməsinə kömək edir. İstənilməyən kaloriləri yandırır. Dərinizə sağlamlıq qazandırır. Diş sağlamlığının yaxşılaşmasında istiot təsirli bir ədviyyatdır. Diş çürümələrinə qarşı təsirlidir. Antidepressator təsiri vardır. Sinir sistemini stimullaşdırır.



Saçlardakı kəpəyin qarşısını almaq üçün istiotlu saç maskaları olduqca işə yarayır. Ürəyin sürətinə və qan təzyiqinə nəzarət edən kalium baxımından zəngindir. Üyüdülmüş istiotla hazırlanan maskalar dərinin qopub tökülməsinə mane olur, pilinq təsiri yaradır.

Evdə hazırlanan toz bibər təzəliyini yalnız 3 ay qoruya bilir. Digər hazır bibər növləri isə illərcə təzəliyini qoruyub saxlaya bilir. Beləcə, hər yeməkdə istifadə edilən bir çimdik qara bibər yalnız dad verməklə bitmir, bundan əlavə həzmə kömək edir, ümumi sağlamlığımızı gücləndirir və xəstəliklərdən qoruyur.

Süfrənizdə istiotdan istifadə edərək yeni dadlar yaratmaq üçün limon, zeytun yağı, bir az duz və istiot qarışığıyla olduqca ləzzətli bir salat sousu yarada bilərsiniz.

Toyuq və ya dana ətindən zeytun yağı, dənəcikli qara bibər, dəfnə yarpağı və soya sousuyla 15-20 dəqiqədə şorba hazırlaya bilərsiniz.

5 dəqiqə ərzində toyuq filesini yumşaltmaq istəyirsinizsə, süd və istiot vurub yağsız tavada qurutmadan qızardınскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!