Kök və kök şirəsinin 10 faydası

Kök və kök şirəsinin 10 faydası
Faydalı məsləhətlər
10.09.2017 30
Kök və kök şirəsi sağlamlığın qorunması üçün çox faydalıdır. Vitamin
və minerallarla zəngin olan bu tərəvəz orqanizmin mineral maddələrə olan
sutkalıq tələbatını tam şəkildə ödəyir. Bu barədə Trend Türkiyənin
"Hürriyət" qəzetinə istinadən yazır.
İnsan orqanizmi üçün çox önəmli olan kökün 10 ən faydalı cəhətləri aşağıdakılardır:
1. Kök və kök şirəsi az kalorili olmasına baxmayaraq
qidalandırıcıdır. Artıq çəkidən xilas olmağa kömək edir. Qida qəbulu
arası yeyilən 1-2 orta ölçülü kök toxluq hissi yaradır.
2. Qaraciyərin funksiyasının qorunması, həzm sistemi üçün çox faydalıdır.
3. Tərkibindəki E vitamini xərçəngin əmələ gəlməsinin qarşısını alır.
4.Yaşlandıqca bədəndə yaranan ağrı və sızıltıların qarşısını kök şirəsi içməklə almaq mümkündür.
5. Təbii A vitamini mənbəyi olduğu üçün gözlərin sağlamlığını, görmə
qabiliyyətini artırır. Sümüklə bağlı problemlər və osteoporoza qarşı
faydalıdır.
6. Tərkibindəki kalium və sellüloz xolesterinə, hipertoniyaya qarşı mübarizə aparır.
7. Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsinə böyük təsir göstərir. Piylənmənin qarşısını alır.
8. Dərinin cavanlaşdırır və gözəlləşdirir.
9. Kök şirəsi güclü antioksidant olan karotinlə zəngin olduğuna görə
hüceyrələrin degenerasiyasının qarşısını alır. Qocalma prosesini
ləngidir.
10. Azacıq limon və zeytun yağı əlavə etməklə hazırlanan kök salatı zehni itiləşdirir, öyrənmə prosesini sürətləndirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!