Bəkməzin xeyiri

Bəkməzin xeyiri
Faydalı məsləhətlər
10.09.2017 29
 
Bəkməz, seçilmiş şirin meyvənin əzilərək suyunun çıxarılıb,
 qaynadılmasından əldə edilən, bala bənzər, qatı məhluldur. Növləri
müxtəlifdir. Buna misal olaraq tut, üzüm, əncir, qovun, qarpız və s.
meyvələrdən hazırlanan bəhməzləri göstərmək olar.
Azərbaycanda
isə ən çox tut və üzümdən hazırlanır. Bəzi xəstəliklərə faydalı olması
ilə yanaşı,  milli mətbəğimizdə də istifadə ounur. Xəşil, quymaq, şirin
kələm dolması, halva, piroq və s. yemək və şirniyatlarda işlədilir.
Bəhməz
təbii bir enerji mənbəyidir. Beləki , tərkibindəki qlükoza və fruktoza,
həzm prosesində  sürətli şəkildə qana qarışma xüsusiyyətinə malik
olduğu üçün, enerji ehtiyacı olanlara çox faydalıdır. Ağır işlərdə
işləyən və idmançılarda lazım olan enerjini, təmin etmək üçün istifadə
oluna bilər.
Enerji verici xüsusiyyətə malik
olmaqla yanaşı həm də sümük sağlığı  üçün gərəkli olan kalsium və qan
azlığına faydalı olan dəmir mineralları ilə zəngindir. 100 qr. bəhməzdə
təxminən 400 mq kalsium, 10 mq dəmir vardır. Bəzi araşdırmaların
nəticəsinə görə, dəmir baxımından baldan da zəngin olduğu söylənilir.
200 qr. bəhməz kalori baxımından 1150 qr südə, 300 qr çörəyə, 390 qr ətə
bərabərdir.
 
Ümumiyyətlə faydalıdır :
 
Qan dövranının yaxşılaşmasına
Qan azlığı xəstəliyinə
İştahsızlığa
Mədə xəstəlikləri, əsasəndə xora xəstəliyinə
Asma və bronxit xəstəliklərinə
Hamiləlikdə 
Uşaqların böyüməsinə və zəka inkişafına
Mədə, bağırsaq və böyrəklərin qüvvətlənməsinə
Damar sərtləşməsinə
Dişlərin və sümüklərin sağlamlığına
 
 
Zərərlidir:
Şəkər xəstələrinə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!