İlk tibbi yardım nədir?

İlk tibbi yardım nədir?
Faydalı məsləhətlər
10.09.2017 80
 
Ani  olaraq 
xəstələnən və ya qəzaya  uğrayan  insana həmin anda , hadisə  yerində 
və  mövcud   imkanlardan  yararlanaraq edilən , tibbi olmayan keçici 
müdaxiləyə   ilk yardım  deyilir. Ilk yardımda məqsəd qəzalı insanı 
xilas etmək,vəziyyətı  qorumaq  və qalıcı şikəstliyi önləməkdən
ibarətdir.Qəzalı bir vəziyyət gördükdə dərhal  103 zəng vurun.Təcili
yardım gələnə qədər isə ilk yarıdm göstərmək vacibdir.İlk yardımın
uğurlu olması  üçün yardım etmək istəyən insan həyəcana qapılmamalı,
soyuqqanlı olmalı, özünü itirməməlidir.Doğru və vaxt itirmədən
göstərilmiş yardımla  qəzaya uğrayan insanın həyatını xilas etmək,
qalıcı şikəstliklərin qarşısını almaq olar.İlk yardım göstərən insan öz
təhlükəsizliyini də düşünməli  panikaya, həyəcana qapılaraq özünə zədə
yetirməməyə diqqət yetirməlidir.Xüsusən yanğın, suda boğulma,elktrik vurmaları hallarında yardım edərkən ehtiyatlı olmaq, ilk yardım qaydalarına riayət etmək vacibdir.
 Qəza
vəziyyətində ilk yardım çantalarından istifadə olunmalıdır. Yardım
çantasında olmalıdır : üçkünc  sarğı  bezlərı , rulonlu  sarğı  bezlərı,
sterıl
qazlı bezlər, pambıq ,yara  bandları, boyunluq ,turna  jqutu,
antıseptık  məhlullar, ağrı  kəsıcı preparat, sancaq, qayçı, fənər.Lakin
çox zaman qəza
zamanı əl altında yardım çantaları və tibbi vasitələr olmur.Belə halda
əl altında olan vasitələri tibbi vasitələr kimi istifadə etmək olar .
Məsələn : üçkünc sarğı bezi yoxdursa  adi yaylıq , süfrə  və .s. kimi
kvadrat formalı parçaları diaqonaldan qatlayaraq və  ya kəsərək üçkünc
bez kimi istifadə etmək olur. Tənzif yerinə qəzaya uğrayan insanin öz
köynəyi istifadə oluna bilər.Açıq yaralar varsa əlcək yerinə adi
sellofan isifadə edilir.Xərək əvəzinə iki taxta  dəyənək götürüb,
paltara, paltoya və.s keçirmək (geydirmək) olar.Turna jqutu əvəzinə
ensiz parca, qayış,qalstuk istifadə etmək olar,ip, rezin qətiyyən
istifadə edilməz.İlk yardımda dərman istifadə etmək məsləhət
deyil.Qəzaya uğrayan insanın hansı digər xəstəlikləri olduğunu
bilmədiyimiz üçün verilən dərmanlar zərərli ola bilər . Ağrıkəsicilər
isə həkimin diqanoz qoymasına mane olacağı üçün istifadə olunmaması
məsləhətdir.Ümumiyyətlə isə huşu özündə olmayan insana heç nə
içirilməz.Huşu aydınlaşdıqda isə qida və içki öz əlinə verilməliddir,
əsla bunu başqası etməməlidir.
Ilk yardımın vacıb olduğu  durumlar :
Tənəffüsün dayanması .
Tənəffüs  yolunun  yad cısmlə tıxanması
Suda bogulma
Ürək  dayanması.Ürək masajı
Qanaxmalar
Şok
Dalma qəzaları
Yaralanmalar.
Qırıq , cıxıq, burxulma
Yanıqlar
Elektrik  vurması. İldırım vurması
İstıvurma, donvurma
Zəhərlənmələr                           
Heyvan dışləməsı  və sancması
Ilk yardım  vacıb olan xəstəlıklər – Epılepsıya . Dıabet .Ürək krızı .Iflıc.Koma

İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!