İlk tibbi yardım. Tənəffüsün dayanması. Süni tənəffüs

İlk tibbi yardım. Tənəffüsün dayanması. Süni tənəffüs
Faydalı məsləhətlər
10.09.2017 227
 
Orqanizmi 
təşkil  edən bütün  hüceyrələr  həyati  funksiyalarını  davam etdirmək 
üçün osigenə  ehtiyac duyur.Nəfəs aldığımız havanın 21 %- osigendən 
təşkil olunub və  bız  bu həcmın 5 %-ini istifadə  edirik.
 


Oksıgen çatışmazsa :
Ilk  0-1  dəqıqədə  kardıak  həssasıyyət – aritmiyalar 
1- 4 dəqiqədə beyındə zədələnməyə  meyllik
4-6 dəqiqədə beyində zədələnmə  başlanır
6-10 dəqiqədə  beyindəki zədələnmə  artır
10  dəqiqə  beyində  sonra geridönməz dəyışikliklər yaranır
Normal halda
tənəffüs   səssiz, agrısız, asanlıqla gercəkləşır.Yetkin insan 
dəqiqədə 15-20 dəfə , uşaqlar 20-30 dəfə , körpələr 30-40 dəfə 
tənəffüs  edir.
Tənəffüsü 
kontrol  etmək ücün döş  qəfəsının qalxıb enməsınə  baxılır.Tənəffüs 
dinlənır. Ağıza buruna  ayna tutulur - buxarlaşma yoxdursa  tənəffüs 
yoxdur. Tənəffüs dayanıbsa üzvlər oksigenlə  təmın olunmadığı üçün
dodaqlar və  dırnaqlar  sianozlaşır (göy- bənövşəyı).
Tənəffüs  sürətli və  səthidırsə  səbəb -  fiziki  məşq, qaçmaq, qızdırmalı  xəstəliklər, şok, zəhərlənmə  və.s ola bilər.
Tənəffüs  dərin , çətin, kəsik - kəsikdirsə  tənəffüs yolu  tıxanmış və ya  ağciyər problemlərı ola bilər.
Insan danışmırsa, öskürmürsə, refleks olaraq  iki  əliylə   boğazını  tutursa tənəffüs yolu  yad cısmlə tıxanmış ola bılər.
Qəzaya
ugramış  bir insana yaxınlaşan zaman  ilk növbədə  nəfəs yolunda
maneənın olub olmamasına, nəfəs alıb vermənın  və  nəbzın olub
olmamasına dıqqət yetırılməlıdır.Insana çıynındən azca qaldırıb halı
soruşulur.Əgər cavab vermirsə  huşu  aydın deyıl.Bu halda başı alından 
və  çənədən  dəstəkləyərək  qaldırıb azca gerıyə  yatırmaq lazımdır. Bu
tənəffüs  yolunun  açılmasını təmin edir, dilin  geriyə qatlanaraq  bu 
yolu tıxamaısının  qarşısını alır.
Tənəffüsün
olub olmaması kontrol edılır.Əgər insan nəfəs alıb vermirsə süni  nəfəs
verilir.Ağızdan buruna və  agıza hava verilə  bilər. Əgər xəstənin
ağzını açmaq mümkün deyılsə və ya üzdə  ciddi yaralanma varsa burundan
verilə bilər. Bu zaman ağız qapanmalıdır.Ən yaxşı yol ısə ağızdan -
ağızadır. Baş  və  şəhadət barmaqları ılə  burun qanadları 
sıxılır,nəfəs alınır və  xəstənın ağzına dəsmal və ya salfet örtülərək 
üfürülür.Bu zaman- nəfəs verilərkən  döş qəfəsinin qalxmasına ,ardınca
isə  enməsinə  diqqət edilməlidır.Veriləcək havanın həcmi döş  qəfəsinin
çox  qaldırmamalıdır.Çox  güclü nəfəs verilməsi  məsləhət  görülmür.
Nəfəs yolu 
açıq olan insanda  qusma və ya qanaxma təhlükəsi varsa başı yana
çevrilır.Əgər boyun fəqərələrındə  zədələnmə varsa insan yan üstə 
çevrilir .Bu  yolla dilin çevrilməsi, qusuntu və qanın nəfəs yolunu
tutması  əngəllənir.
OKSİGEN ARTIQLIĞI
Bəzən
tənəffüsün dayanmasına oksigen çatışmazlığı deyil, əksinə oksigen
atrıqlığı səbə ola bilir.Belə ki az müddətdə çox nəfəs alıb vermə 
nəticəsində qandakı oksigenin miqdarı çoxalır.Tənəffüs mərkəzinin
qıcıqlanması üçün isə karbon dioksid lazımdır.Oksigen artıb , karbon
dioksid  azaldıöına görə tənəffüs mərkəzi qıcıqlanmaz, tənəffüs dayana
bilər
İlk yardım
Tənəffüsü
çətinləşən insana dəliksiz selofan  verilir.Burun və ağzını selofanın
içinə salaraq və onun içərisinə nəfəs verib - alır.Bu şəkildə aldığı
havada karbonun miqdarı çox olduğundan  tənəffüs normallaşır.
İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!