İlk tibbi yardım. Ürək dayanması. Ürək masajı

İlk tibbi yardım. Ürək dayanması. Ürək masajı
Faydalı məsləhətlər
10.09.2017 83
Nəbz bir necə  nöqtədə yoxlanır : Boyun ,əl biləyı,qasıq,dırsək içi , diz arxası,ayaq üstü, gicgah. körpələrdə dirsək
cuxurunun  yuxarısında qolun ıcərı  tərəfındə  hıss edılır.Şah damardan
canlı ınsanda nəbz  alınmaz. 5 sanıyədən ,çox iki tərəflı şah damarını
basmaq olmaz,əks halda ürək zərər görə  bilər.Nəbz konrtolu zamanı cox
yüngül  və cox  güclü təzyıq edildikdə nəbz hiss edılməyə bilir.
Arterial 
təzyiq  ürəyin arteriyalara qanı qovarkən damar divarına etdiyi 
təzyiqdır.Yetkinlərdə 110/70, 120/80 mmHg, uşaqlarda 90/60 mmHg ,
körpələrdə 70/50 mmHg –dır.Qolda dırsəyın 3sm üstündən, ayaqda dız
üstündən ölçülür.
Əgər nəbz
hiss olunmursa , göz bəbəkləri  böyümüşsə və ifadəsizdirsə,  bu ürəyın
dayanması deməkdir.Ürəyin yenidən çalışması üçün onun tamamən
dayandığına əmin olmaq lazımdır.
Yavaş da olsa , döyünən  ürəyə əsla masaj edilməməlidir.
Masaj
qaydası : Bütün yaş qruplarında döş  sümüyünün alt yarısına ,döş sümüyü
azca  içəri  doğru basılaraq masaj edilir.Diqqət  etmək  lazımdır ki,
döş sümüyünün ucundakı qığırdaga basılmasın,əks halda qığırdaq qırıla
bilər.Xəstə hərəkət edənə qədər  masaj davam edilməlidır.
Yetkinlərdə
(8  yaşdan yuxarı) – döş sümüyünün aşagı ½ və ya qığırdaq  çıxıntının 
iki barmaq yuxarısına masaj edilir.Masaj edən  xəstənın yanına döş
sümüyünə paralel diz  üstə oturur. Əlin içi ilə (əlı azca bayıra
bükərək) ,digər əli onun üstünə qoymaqla ,qolları  bükmədən ,çiyındən
qüvvət alaraq döş sümüyü 4-6 sm içəri basılaraq masaj edilir.
Uşaqlarda
(1- yaş) - yetkinlərdəkı kımı, lakin yaşının inkışafı nəzərə alaraq bir
əllə  və ya iki əllə  2,5 – 4 sm dərinliyində basılır.
Körpələrdə iki  döş ucunun arasına , orta və üzük barmağı ılə 1,5-2,5 sm dərinliyində basılır.
CPR – Cardıopulmonar resuscıtaıon (ürək masajı  və süni  tənəffüs bırlıkdə)
Öncə
xəstənin reaksiyası varmı yoxlanır.Yoxdursa arxası  üstə uzadılır.Başı
gerıyə  , çənəsı azca yuxarıya yerləşdırilir. Nəfəs yolu açılır bu
şəkıldə. Tənəffüsün olub – olmadıgı yoxlanır.Yoxdursa - 30 masaj -2 sünı
tənəffüs verılır (masaj tezliyi dəqiqədə 100dən artıq
olmamalıdır,tənəffüs ısə böyüklərdə dəqıqədə 8-10 dəfə,uşaqlarda 12-20
dəfə olmalıdır.) . Defibrilyator varsa 1 dəfə şok verılır.Ardınca 30:2
şəklındə masaj və sünı  tənəffüs verılır.Xəstə gözünü açana , normal
tənəffüs edənə qədər davam edılır.( Mənbələrdən bırı masajdan digəri
sünı tənəffüsdən başlamağı dogru hesab edır. Körpələrdə 2 və 5 sünı
tənəəffüs də mübahisə olunur)
İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!