İlk tibbi yardım.Qanaxmalar

İlk tibbi yardım.Qanaxmalar
Faydalı məsləhətlər
10.09.2017 52
 
 
 
Yetkin insanın  orqanizminın 1/13 – ı qandır və bu həcmın 10%-ının  
tirilməsi  həyat üçün təhlükəlidır.(böyüklərdə
600 ml,uşaqlarda 200-00 ml,körpələrdə 25-30 ml qan itirilməsi
təhlükəlidir.)   2 cü olur : daxılı və  xarıcı qanaxma.
Daxılı qanaxmalar gözlə 
görünmədıyındən cox təhlükəlidir. Yumşaq toxumalarda daxili qanaxmanın
xarıcdən görülən əlamətləri əziklər və çürüklərdir. Xaricə açılan daxili
orqanlarda ( mədə, böyrək,agcıyər) baş verən qanaxlamar isə  qanlı
sıdık,qanlı nəcıs(qara mazut kımı),qan tüpürmək,qan qusma  kımı
əlamətlərlə göstərir.
 
Əlamətlərı:
 

Nəbz zəif (güclə hıss olunan ) və sürətli olur

Dərı solgun və nəmli olur (yapışqan)

Gözlər donuq , göz bəbəkləri genişlənmiş və işıq reaksiyasi zəifdir.

Susuzluq və narahatlıq

Mədə bulantısı, qusma

Qan təzyiqinin düşməsi (nisbətən gec ortaya çıxır)
 
Daxili qanaxmada ən yaxşı yardım tez bır zamanda xəstəxanaya çatdırmaqdır
 
Xarıcı qanaxma qanın zədələnmış damar dıvarından  dərı səthınə axmasıdır.
 
Qanaxmalar  axdığı damara görə arterıal, venoz, kaplıyar qanaxma olmaqla da 3 qrupa bölünür.
 

Arterial qanaxma – qan parlaq al-qırmızı rənglidir,ürək döyüntüsü ilə eyni zamanda fışqırır.

Venoz qanaxma – tünd qırmızı rənglıdır , davamlı axır.

Kapliyar qanaxma – davamlı,yavaş,sızıntı şəklində axır.
 
Qısa
müddətdə cox qan itirmənı orqanızm kompensasıya edə blımədıyındən
təhlükəlıdır,bu halda  ınsan şoka düşür. Az miqdarda , üzün müddət qan
itirməni isə orqanızm kompensasıya edə bilir.
 
1.  Xarıcı qanaxmanı dayandırma metodları :
 
2. Barmaqla qan çıxan yerə basmaq-sadə və müvəqqəti üsuldur
 
3. Basıcı
sarğı-təmız dəsmalla yara yerını sıxmaq. Qanayan yaraya əsla pambıq
qoyulmaz.Yara üzərinə tənzif qoyulur, tənzifin üstündən pambıq, onu da
üzərin yenə tənziflə sarınır.Əl altında tənzif olmadıqda yaralının
köynəyi və digər təmiz geyimləri istifadə oluna bilər.
 
4. Damarın kökünü sümüyə sıxmaq-damarı yaxındakı sümüyə sıxmaqla müvəqqətı qan axının dayanadırmaq olur.
 

Yuxu 
arteriyasından   qanaxmada - qalxanabənzər  çıxıntıdan  yuxarı, 
arteriya VI boyun   fəqərəsinin   köndələn  çıxıntısının  yuxu 
qabarcığına  sıxılmalıdır.

Körpücükaltı  arteriyadan  qanaxmada - arteriya  körpücük  sümüyünün  orta 1/3 nin  arxasında  I qabırğaya sıxılmalıdır.

Qotuqaltı 
arteriyadan  qanaxmada - qoltuqaltı  çuxurda  tük  örtüklərinin  önündə
arteriya bazu  sümüyünün  başına sıxılmalıdır.





Bazu arteriyasından  qanaxmada  - ikibaşlı  əzələnin  iç  kənarında  arteriya  bazunun daxili səthinə  sıxılmalıdır.

Bud arteriyasından  qanaxmada - arteriya - pupart  bağının  ortasında  qasıq  sümüyünün  üfüqi şaxəsinə  sıxılmalıdır.

Dizaltı  arteriyadan  qanaxmada - dizaltı  çuxurun  zirvəsindən  arteriya qamış  sümüyünün   arxa  səthinə sıxılmalıdır.

Qarın aortasından qanaxmanı - saxlamaq  üçün  göbək səviyyəsində  yumruqla aorta bel  fəqərələrinə sıxılmalıdır.

Gicgah 
arteriyasından  qanaxma -  zamanı  xarici  qulaq girəcəyindən  2 sm
yuxarı və önə  arteriyanı  gicgah  sümüyünə  sıxmaq  lazımdır.

Üz arteriyasından qanaxmanı - saxlamaq üçün  çənənin alt bucağında 2 sm önə arteriya alt çənəyə sıxılmalıdır.
 
 
5. Qanayan hıssənı ürək səvıyyəsındən  yuxarıda tutmaq- venoz və arterıal qanaxmalar zamanı ıcra olunur
 
 

 
6. Turna qoymaq- Dıgər üsullarla effekt alınmadıqda tətbıq olunur.Yuxarı və aşagı ətraf
ların
tək sümüklü hissələrinə - bazuya və buda (said və baldıra yox) ,
boyun,qarın aortasının distal hissəsı,qalca arteriyasının zədələnməsi
zamanı turna qoyula bilir.Bunun ücün ensız qayış (enı 3 sm),qalstuk,
enlı parça istifadə edılə bilər.Turna  yaraya yaxın yerdən
qoylmalıdır.Onunla dəri arasına dəsmal qoylulur,qoyulan ətrafa 2-3 tur
fırladıdlır.Üzərinə turna qoyulan vaxt qeyd olunur.Yuxarı ətrafa qoyulan
turna 1.5 saat, aşagı ətrafa qoyulan turna isə 2 saatdan artıq
saxlanmamalıdır.Ilk 1 saatda 10-20  dəqıqədən bır,sonrakı saatda 5-10
dəqıqədən bir boşaldılmalıdır.Boşaldan zaman yenıdən bərkıdənə qədər
yara yerı basılmalıdır.Dərının rəngi normala rəngə döndüyündə yenıdən
bərkıdılır.
 
Burun qanaması
 
Kəllə qapağı
sınığı,zərbə nətıcəsındə üz yaralanmaları, sinusit,ınfeksiyalar , burun
anomaliyası, yüksək təzyiq, və.s digər səbələrdən baş verə bilər.Belə
halda xəstə dik oturdulur,başı asta və azca önə əyilir, və burun
qanadları 2 barmaqla sıxılır.Buruna , alına,ənsəyə soyuq yaş dəsmal
sərılır, bu yolla damarlar soyuqdan daralır.Bu şəkildə 5 dəqiqə ərzində
qan kəsmirsə xəstəxanaya aparın.
 
 
 
İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!