İlk tibbi yardım. Dalma qəzaları

İlk tibbi yardım. Dalma qəzaları
Faydalı məsləhətlər
10.09.2017 22
 
Dalma  ilə əlaqədar əasən iki ciddi problem meydana çıxır. Barotravma  və dekompressiya xəstəliyi .
AĞCİYƏR  BAROTRAVMASI
Dalma zamanı
ağciyərlər təzyiqdən büzüşür.Ağciyərlərin daha artıq büzüşməsi
barotravmaya səbəb olur.Balonla dalan dalğıc  suyun dərinliyində
tənəffüs etdiyi havani , suyun səthinə çıxarkən verməlidir.Dalğıc su
üzərinə  çıxarkən nəfəsini tutursa bu zaman hava emboliyası əmələ 
gəlir.Ağciyər  daxilindəki hava təzyiqi sabit qalsa da , döş qəfəsi
üzərindəki  xarici təzyiq sürətlə azalır.Ağciyər daxilindəki hava
sürətlə genişlənir ,  alveollar yırtılır.Azad olan hava qabarcıq
şəklində qan dövranına qarışır, damarlarda tıxac yaradır - hava
emboliyası  törədir. Balonsuz dalan dalğıc suyun səthində ağciyərlərini
hava ilə  doldurub dalar, və yenidən su səthinə çıxarsa nəfəsini tutması
hava emboliyası  törətməz.
Əlamətlər :
Qəfil başlayan  və şiddətli yırtılan kimi ağrılar  ,öskürəklə ağızdan
köpüklü qan gəlməsi , nəbzin və tənəffüsün sürətlı və səthi
olması,iflic,göz bəbəklərinin ölçülərinin  fərqliliyi.
İlk  yardım
ABC  kontrol
edilərək , davamlılığı tənzimlənir.Təcili xəstəxanaya
çatdırılmalıdır.Təcili oksigen (15 litr) verilməlidir.Sol yan tərəfinə ,
başı bədənə nisbətən aşağı yatırılmalıdır.Serum yeridilməlidir.
VURĞUN  - DEKOMPRESSİYA  XƏSTƏLİYİ  ( CAİSON XƏSTƏLİYİ )
Dalğıc çox
miqdarda azot qazının bədəndə əriməsinə səbəb olacaq qədər uzun müddət
dənizin dibində qalarsa və ani olaraq su səthinə çıxarsa  , bu zaman
orqanizm mayelərində çox miqdarda azot qazı qabarcıqları   əmələ 
gəlir.Bu qabarcıqlar damarlarda tıxac yaradır - hava emboliyası 
törədir.Bu tablo vurğun adlanır.
Əlamətlər :
hava emboliyası  və vurğun  zamanı - Böyük oynaqlarda ağrı (çiyin,
dirsək),tənəffüsün çətinləşməsi ,qanın aşağısında ağrı, baş
ağrısı,dəridə törəmələr , solğun ləkələr,ödem, sianoz, nitqin
çətinləşməsi, şüurun - huşun itməsi, görmədə pozulmaları, başgicəllənmə,
keyimə, iflic.
Hava
emboliyası və vurğunu  ayırd etmək çətindir.Hava emboliyası dalğıc su
səthinə  çıxan kimi əmələ gəlir, vurğun isə bir neçə saat görülməyə
bilər.
İlk yardım
Qəzaya
uğrayan dalğıc sudan çıxarılır.ABC kontrol edilir, davamlığı
tənzimlənir.Sol yani üstə yatırılır,baş bədənə nisbətən 15  dərəcə
aşağıda saxlanır.Xəstəxanaya çatdırılır.Təcili olaraq oskigen
verilir.Damara ringer məhlulu və fizioloji məhlul vurulur.
 
İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!