Mətbəxdə gərəkli olan məsləhətlər

Mətbəxdə gərəkli olan məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 24
Kartof püresini isti kartofdan hazırladıqda və ona qaynar süd tökdükdə daha zərif olur.
Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.
Kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.
Təzə südü işıqda saxladıqda, tərkibində olan A və C vitaminləri itir.
Ət nə qədər vam odda bişərsə, bulyon bir o qədər şəffaf olar.
Xəmir yoğrulmamışdan əvvəl un ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.
Göyərtini xörəyə süfrəyə verilən gün tökmək lazımdır. Belə ki, xörək səhəri günə qalsa, göyərti xörəyi korlayar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!