Çaydanlarımızı ərpdən təmizləyək

Çaydanlarımızı ərpdən təmizləyək
Faydalı məsləhətlər
10.09.2017 50
Keyfiyyətindən asılı olmayaraq çaydanda uzun müddət su qaynadanda ərp
əmələ gəlir. Kalsium, yaxud maqnium karbonatlardan ibarət ərp həm suyun
qaynamasını ləngidir, həm də ona xoşagəlməz dad verir. Ərpdən bir neçə
asan üsulla can qurtarmaq olar.
Adi
çaydanın (elektrik olmayan) içinə kartof, limon, armud, yaxud da alma
qabıqları tökün. Üstünə su alıb qaynadın. Sonra çaydanın içini adi
süngərlə təmizləyin.
Elektrik çaynikinin içinə 1 litr koka-kola töküb qaynadın. Sonra süngər çəkən kimi ərp təmizlənəcək.
Bi
qədər təhlükəli, amma güclü üsul: çaydanın içinə 1,5 l su, sonra 100 ml
sirkə esensiyası töküb saxlayın. Çalışın, bu zaman esensiyanın buxarını
udmayasınız, zəhərlənə bilərsiniz. Esensiyanın gözünüzə və dərinizə
düşməsinə də imkan verməyin. Sonra çaydanı çoxlu suyla yaxalayın.
Həmçinin
1:6 nisbətində sirkə esensiyası ilə suyu qarışdırıb çaydana tökə, onu
60-70 dərəcə C-dək qızdıra və belə temperaturda çaydanı 20-30 dəqiqə
saxlaya bilərsiniz. Bundan sonra çaydanı tərtəmiz yaxalamaq lazımdır.
Çaydanda
suyu qaynadın, 2 x.q. limon turşusu əlavə edin. Qarışdırın. Bu zaman
çaydanın içində qatı reaksiya gedəcək, fışıltı ilə qaz ayrılacaq. 10
dəqiqə saxlayın. Bu müddətdə ərp əriməlidir. Əgər yenə də qalıbsa,
proseduru təkrarlayın.
Həftədə
bir dəfə çaydanın içinə soyuq su tökün, 1-2 paket limon turşusu əlavə
edib qaynadın. Bir qədər saxlayın. Sonra suyu süzün, çaydanı yaxalayın,
içində yenə su (qarışıqsız) qaynadıb, onu da süzün.
Askorbin
turşusunun tozu da ərpi yox etməyə kömək edir. Bunun üçün 1 l suya 1
x.q. askorbin turşusunun tozunu tökün. Suyu 15-20 dəqiqə qaynadın. Suyu
süzüb, çaydanı yuyun.
Əgər
çaydandakı ərp çox qalındırsa, o zaman içinə su doldurun, 1 x.q. qida
sodası əlavə edin, qaynara düşəndən sonra 30 dəqiqə də qaynadın. Sonra
suyu süzün, çaydanın içinə yenə su tökün, 1 x.q. limon turşusu əlavə
edin və 30 dəqiqə qaynadın. Bu suyu da süzün, çaydana su doldurun, yarım
stəkan sirkə töküb 30 dəqiqə qaynadın. Bundan sonra ərp yumşaq olacaq
və asanlıqla təmizlənəcək.
Samovarda
ərp əmələ gəlibsə, onun içinə su doldurun, 1 fincan qliserin töküb
qaynadın. Sonra suyu boşaldıb samovarı yuyun. Ərp asanlıqla
təmizlənəcək.
Samovardakı
ərpi başqa üsulla da təmizləmək olar. Samovardakı su qaynayanda içinə
1-2 ovuc şəkər tozu tökün. Əgər ərp çoxdursa, bu proseduru 2-3 dəfə
təkrarlayın. Bundan sonra samovar tərtəmiz olacaq.
Ərp
həmçinin əlüzyuyanın, vannanın, unitazın da üstündə əmələ gəlir. Əgər
ərpi və pası onlar üçün nəzərdə tutulmuş xüsusi vasitələrlə çıxara
bilmirsinizsə, o zaman belə bir qarışıq hazırlayın: bərabər ölçüdə süfrə
sirkəsi ilə hər hansı bir xlorlu ağardıcını qarışdırın (buraya 1 ç.q.
duz da əlavə edə bilərsiniz). Sonra bu qarışığı ərpli və paslı yerin
üzərinə çəkin. İki saat saxlayandan sonra yuyun. Amma diqqətli olun: bu
qarışıq zəhərlidir. Prosedur zamanı evdə uşaqların olmaması məsləhətdir.
Həmçinin qarışıq ərp və pası «yeyərkən» özünüz də həmin məkandan
uzaqlaşsanız, qapı-pəncərəni açıq qoyub otağı havalandırsanız, əla olar.
Televizorda
ustanın avtomat paltaryuyan maşının üstü ərp bağlamış spiralını necə
doğradığını, yəqin, görmüsünüz. Dəhşətli mənzərədir, deyilmi? Tanınmış
ərpə qarşı vasitələrdən istifadədən əlavə, yarım ildə bir dəfə
təmizləyici prosedur aparmaq olar. Bunun üçün boş paltaryuyan maşına 1
şüşə süfrə sirkəsi tökün. Maksimal temperatur rejiminə qoyub qoşun,
maşına yuma dövrünü tam başa vurmağa imkan verin. Bu zaman sirkə ərpi
yox edəcək, eyni zamanda maşının nə rezin, nə də dəmir hissələrinə zərər
yetirməyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!