Mətbəxə qulluq

Mətbəxə qulluq
Faydalı məsləhətlər
10.09.2017 28
Xörəkləri alüminium qablarda saxlamayın. Soyuducuya qoyduğunuz yeməkləri qapalı qabda saxlasanız, qoxuları bir-birinə qarışmaz.



Ətin üzərinə soyuq su töküb qaynatdıqda, ətin qida dəyəri suya keçir. Qaynar suya atdıqda, ətin qida dəyəri ətdə qalır.



Qaynatdığınız balığın suyundan şorba bişirə bilərsiniz.



Un şorbası bişirərkən unun qoxusunu almaq üçün içinə makaron əlavə edin.



Soğanı sirkə ilə yusanız, doğrayarkən gözləriniz yaşarmaz.



Sarımsağın qabıqlarını soyuq maye yağın içərisində illərlə saxlamaq mümkündür. Həmin yağdan daha ləzzətli olsun deyə, yemək bişirərkən və salat hazırlayarkən istifadə edə bilərsiniz.



Keks və qurabiyələri ağzıqapalı, hava çəkməyən qablarda soyuducuda uzun müddət saxladıqda təzəliyini itirmir.



Polad qazançalardan çətin gedən ləkələri təmizləmək üçün, süngərə az miqdarda yumşaldıcı tökərək yaxşıca ovun. Beləliklə, qazançalar əvvəlki parlaqlığına qovuşacaq.



Sobadakı pis qoxuların qarşısını almaq üçün yemək bişirməzdən əvvəl qabın yarısını su, yarısını isə sirkə ilə dolduraraq bir neçə dəqiqə sobada isidin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!