Səhərlər gümrah oyanmaq üçün 5 sadə məsləhət

Səhərlər gümrah oyanmaq üçün 5 sadə məsləhət
Faydalı məsləhətlər
10.09.2017 36
Səhərlər yataqdan qalxa bilmirsiz? Göz qapaqlarınızı bir-birindən ayırmaq o qədər çətindir, eləmi? Gümrah halda yataqdan qalxmaq istəyirsiniz? Əlbəttə, bunu kim istəməz ki? Amma hər səhər yataqdan qalxmaq və işə getmək sizə işgəncə kimi görsənir? Gəlin, bu adəti dəyişdirək. Həyatınıza qatacağınız çox sadə dəyişikliklərlə səhərlər zombi kimi oyanma probleminin öhdəsindən gələcəksiniz!



Budur, 5 addımlıq gümrahlıq yolları:

1. Yuxunuzu tam alın

İşin ən əhəmiyyətli pik nöqtəsi budur! Yuxu tam deyilsə, oyanmaq da o qədər çətindir. Səhər erkən qalxmanız lazım olduğu halda vaxtında yatağa girməyi vərdiş halına gətirə bilmirsinizsə, oyanmaq hər zaman dərd olacaq. Bir dəfə cəhd edin! Hər zamankından bir saat daha erkən yatağa gedin və səhər o yataqdan necə xəncər kimi qalxacağınızı özünüz görəcəksiniz.

 2. Zəngli saatınızı tam qalxmağınız lazım olan vaxtdan əvvələ qurun

Saatınızı qalxmanız lazım olan saatdan bir neçə dəqiqə əvvələ qursanız, yataqda oyanıq bir şəkildə bir müddət xumarlanmaq imkanınız olar və bu şəkildə bir az nəfəs məşqi, meditasiya və ya əsnəmə hərəkətləriylə bədəninizi və zehninizi günə hazırlaya bilərsiniz.

 3. Sadə əsnəmə hərəkətləri edin

Bunu yataqda mütləq tətbiq etməlisiniz. Əsnəmə hərəkətləri bədəninizin oyanmasına və beyninizin hərəkətə keçməsi üçün qan dövranınızın sürətlənməsinə kömək edəcək.


 

4. Duş alın

Səhər üzünüzü yumaq və ya duş almaq ayılmanıza kömək edəcək. Gözünüzdəki yuxunu atıb özünüzü - bədəninizi və ruhunuzu təzələmiş olacaqsınız.

 5. Səhər yeməyi yeyin

Səhər yeməyini heç bir zaman təxirə salmayın, onun üçün zaman yaradın. Çünki səhərlər bədəninizin enerjiyə ehtiyacı var. Səhər qəhvəaltısı günün ilk yarısında bədənin ehtiyacı olan enerjinin yaradıcısıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!