Limondan istifadənin 9 üsulu

Limondan istifadənin 9 üsulu
Faydalı məsləhətlər
10.09.2017 7
1. Limon çaydanın təmizlənməsi üçün çox gözəl üsuldur. Kəfini təmizləmək üçün çaydana su tökmək, xırda kəsilən limonu ora əlavə etmək lazımdır. Bundan sonra da çaydanı qazın üstünə qoyub qızmağını gözləmək lazımdır. Sonra qazın altını söndürün, 1 saat saxlayıb yaxşıca yuyun. Əgər kəfi çoxdursa, əməliyyatı bir neçə dəfə təkrar etmək lazım gələcək.



2. Mikrodalğalı sobadakı ləkələri təmizləmək çox çətindir. Sobanın  təmizliyini qaytarmaq üçün mikrodalğalı soba üçün nəzərdə tutulan qaba su töküb ora limonun qabığını əlavə etmək lazımdır. Bundan sonra sobanı 5 dəqiqəyə qoymaq lazımdır. Sonra isə ləkələri çox rahat təmizləyə bilərsiniz.



3. Limonun qabığı ilə zibil vedrənizi təmizləyə bilərsiniz. Bu xoşagəlməz qoxu və bakteriyaları öldürəcək.



4. Limonun quru qabığını (ağ hissəsi olmadan) un vəziyətinə çatana kimi xırdalamaq lazımdır. Bunu limon cövhəri kimi istifadə edə bilərsiniz.



5. Əvvəlki bənddə olan cövhəri şəkər ilə qarışdırmaq olar. Bir neçə gündən sonra belə şəkərli limon sizin üçün həm şəkəri, həm də limonu əvəz edəcəkdir.



6. Dirsəkləriniz, dizləriniz və dabanlarınızın yumşaldılması üçün yarı limona soda səpib silə bilərsiniz. Bundan sonra isə yaxşıxa yuyub, qurulayıb bəsləyici krem vurursunuz. Bunu əvvəllər axşamlar edib ayağa yumşaq corab geyinirdilər.


 7. Üzdəki civzələrə qarşı maska: təbii və adi inək südü, iki qaşıq bal, bir qaşıq limon şirəsi. Bunları qarışdırın və sonra üz dərinizə çəkin. Dərinin ümumi vəziyyəti bir neçə prosedurdan sonra daha gözəl olacaq. Düşünürəm ki, siz bunu dərhal hiss edəcəksiniz. Qeyd edim ki, bu vasitədən 1 dəfə etmək məsləhətdir.



8. Bədənə limon skrabı hazırlamaq üçün yarı stəkan şəkər, ovulmuş limon, zeytun yağı ilə qarışdırılır (xama vəziyyətinə çatana kimi). Skrabı yaş bədənə çəkmək lazımdır.



9. Üzdəki civzələrə qarşı limondan istifadə edə bilərsiniz. Bunun üçün yarım limonu üzünüzə masaj edərək vurun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!