Papağı çıxarandan sonra saçınızı belə düzəldin

Papağı çıxarandan sonra saçınızı belə düzəldin
Faydalı məsləhətlər
10.09.2017 21
Soyuq qış aylarında "Aman saçlarım elektriklənməsin, aman saçlarım yatmasın!”, - deyə düşünüb papaq taxmırsızsa, onda Qadınlar.Biz-in bu yazısını mütləq oxuyun.
Soyuq havada xəstəlikdən qorunmaq istəyirsizsə, papaq taxmağı unutmayın. "Papaq taxandan sonra saçlarım pisləşir” düşüncənizi bizim köməyimizlə geridə qoyun.
Məşhurların saç stilisti Kim Serratore papaq taxmadan əvvəl içini quru bir parça ilə ovmağı və çantanızdan mini saç spreyi, darağı və serumu əskik etməməyi məsləhət görür. Başınıza kip yapışan deyil, bir az böyük ölçüdə papaq alın.
Papağı çıxardıqdan sonra saçlarınızı önə doğru atın. Başınızın arxasından başlayıb önə doğru təxminən 30 saniyə boyunca saç diblərinə masaj edin. Barmaqların istiliyi papağın yaratdığı elektriklənməni azaldacaq. Başınızı qaldırıb saçlarınızın uclarından yapışıb təpədən tutun və diblərinə saç spreyi sıxın.
Saç spreyi quruduqdan sonra daraqla saç diblərini qabardın. Bir aşağı, bir yuxarı yelləməkdənsə, yuxarıdan saç dibinizə doğru yavaş hərəkətlərlə darağı yavaşca gəzdirin. Son olaraq silikon tərkibli saç serumunu əlinizə sıxıb saç uclarına sürtün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!