Limonun inanılmaz faydaları

Limonun inanılmaz faydaları
Faydalı məsləhətlər
10.09.2017 10
1 - Ləzzət qatma: Limon , güclü sitrus meyvələri dadı verən məşhur bir meyvədir. Bu dad qabığındakı yağlardan gəlir. Tipik olaraq bəzəmədə istifadə edilən limonu, yeməyin tərifinə görə uzun dilimlər halında kəsə ya da kiçik-kiçik doğraya bilərsiniz . Yeməklərə limon ləzzəti qatmaq üçün , yalnız limon qabığının xarici parçasını rəndələyin və ya iti bir bıçaqla incə-incə dilimləyin. Daha acı olan altdakı ağ qisimdən uzaq durun.



2 - Gremolata etmək: Gremolata - İtaliyada məşhur olan, ət, balıq, dana əti, salat və yeməklərində sıx istifadə edilən bir çeşnidir. Sarımsaq və sitrus meyvələri dadını sevirsinizsə gremolata duz və bibərin yerinə xidmət edilə bilər. Gremolata üçün , bərabər nisbətlərdə limon, sarımsaq və cəfərini qarışdırın. Bir neçə damla zeytunyağı sarımsaq dadının sıxlığını azaldar.



3 - Pörsümüş salata can verər: Heç bir şey büzülmüş, pörsümüş salat qədər pis ola bilməz. Ancaq , limon salata ikinci bir can verər . Özünü buraxmış göyərtiləri əvvəlki ləzzətli vəziyyətinə gəlməsi üçün , bir kasa soyuq suyun içinə yalnız yarım limon sıxmanız lazımdır. Sonra kasanı bir saat qədər soyuducunda gözlədin, göyərtiləri çölə çıxarıb qurulayın .



4 - Qoruma vəsaiti: Limonlar , yeni kəsilən bir çox meyvəni qaralmaqdan qoruyur. Dilimlənmiş meyvələr üzərinə bir az limon sıxmaq meyvələrin orijinal rəngini qorumasını təmin edər. Bu təsir bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər və avokado , alma, şaftalı , ərik və armud kimi bir çox meyvəylə birlikdə istifadə edilə bilər. Bir çox insan, limonun bir çox qidanın dadını inkişaf etdirdiyini düşünür.



5 - Dad inkişaf etdirici: Yeməklərə limon sıxmaq duz istehlakını azaldar . Çox duz , qan təzyiqini , ürək böhranı ilə iflic riskini də artırar. Amerikalılar gündə 7 min mg-a yaxın duz istehlak edir. Gündəlik duz ehtiyacı isə yalnız 2 min 300 mg-dır . Limon suyu, ən sevdiyiniz yeməklər üçün fərqli bir ləzzət inkişaf etdirmədə yaxşı bir variantdır. Toyuğa və tərəvəzlərə limon sıxaraq ləzzətini artıra bilərsiniz.



6 - Xərçənglə döyüşər: Limon qabıqlı qara ya da yaşıl çay içmənin, müəyyən xərçəng növlərini , yüzdə 70-ə çatan nisbətlərdə azaltdığı ifadə edilir. Limon, dəri xərçəngi qoruyucusu olaraq günəş yanığını önləməyə kömək edir. Çay və limon qabığı kombinasiyasında olan təbii məzmunlar , bədəni dəri xərçənginə gətirib çıxaran günəşin zərərli UV şüalarından qoruyur.



7 - İçkiləri soyuq tutar: Buz qəliblərinizə bir damla limon suyu əlavə edə bilərsiniz. Suya, sodaya və hətta çaya limon əlavə etmək, içkilərinizin dadının daha yaxşı olmasını təmin edər . Buz qəlibinizi doldurduğunuzda təzə limonu ortadan ikiyə qəti və suyun içinə sıxın. Bir neçə saat sonra hər hansı bir soyuq içkinizə bildirmək üçün möcüzə bir buzunuz olacaq.



8 - Limonad etmək: Bir neçə limonunuz varsa, limonad etməyi sınayın. Sıravi bir limonad etməyin . Yenilikçi olun və limonadı ananas və ya qarpız suyuna qarışdıra bilərsiniz. Qarışıq limonadı sevmirsinizsə , buz , limon , su və şəkəri qarışdıraraq hazırladığınız sıravi limonad da içə bilərsiniz. Bu klassik içki hər vaxt rəğbət görəcək.



9 - Sağlamlığınıza yaxşı gəlir: Limon suyu bir çox məşhur xəstəlik üçün təbii, ləzzətli bir müalicədir. Boğazınız ağrıyırsa gündə 3 dəfə limonlu suyla qarqara edə bilərsiniz . Limon böyrək, qaraciyər və qanınızı təmizləyir . İlıq ya da isti limon suyu, həzm sisteminizə yaxşı gəlir . Səhərlər oyanınca limon suyu içsəniz , həzm və dövran sistemi daha yaxşı işləyir.



Limonun ev təmizliyindəki faydaları:

Limondan təkcə yeməklərinizdə deyil,həmçinin evinizin təmizliyində də istifadə olunduğunu bilirsinizmi?

Limondan,mən sadəcə qida kimi qəbul edənlərdənəm deyirsinizsə, aşağıdakı yazıya da bir göz atın deyərdim. Faydasını mütləq görəcəksiniz..



1 - Mebel parladıcısı: Bir limonun yarısını 1 - 2 çay qaşığı zeytun yağı ilə qarışdıraraq mebellərinizi silin, parıldadığını görəcəksiniz.



2 - Qablar: Qab yuyan maşınınızı çalışdırmadan öncə bir limonu ikiyə bölərək yarısını qab yuyanın içinə yerləşdirin. Qablarınızın maksimum təmiz və parlaq olduğunu görəcəksiniz..



3 - Sterilizə edin: İstifadə etdiyiniz qurulama bezlərini qaynar suya qarışdıracağınız yarım limonun suyunda gözlədin. Bu üsul ləkə və kirlərin təmizlənməsi üçün ən yaxşı üsul hesab olunur.



4 - Qoxulara qarşı: Sarımsaq və soğan soyduqdan sonra əllərinizi limonlu suda saxlayın. Bu əllərinizdən xoşagəlməz qoxuların çıxmasına kömək edəcəkdir. Eyni zamanda kəsmə taxtanızı da limonla ovaraq həm pis qoxulardan, həm də bakteriyalardan təmizlənməsinə nail ola bilərsiniz.



5 - Soba təmizləyici: Xəmir işlərindən sonra yığılıb qalan qırıntıları təmizləmək üçün soba qabına bir limonun suyunu sıxıb, üzərinə su əlavə edin.. Daha sonra sobanı 360 dərəcədə isidin.. Qabınızın təmizləndiyinin şahidi olacaqsız.



6 - Qaynayan yumurtalar : Bişərkən qabıqlarının çatlamaması üçün yumurtanı limon suyuyla fırçalayın. Əgər suya bir çay qaşığı limon suyu əlavə etsəniz, bişdikdən sonra yumurtalarınızın qabığı daha asan soyular. Ayrıca, limon suyu kartofların qaralmasını da qarşısını alar .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!