Xəz seçərkən bunlara diqqət edin - TÖVSİYƏ

Xəz seçərkən bunlara diqqət edin - TÖVSİYƏ
Faydalı məsləhətlər
10.09.2017 11
Xəz haqqında bəzi mənfi fikirlərə baxmayaraq, boynumuza almalıyıq ki, qlamur qadınlar üçün əvəzedilməz geyimdir. Bundan başqa təmiz xəzdən olan paltolar heç vaxt dəbdən düşməyəcək. Qadınlar.biz dəyərli xəz kateqoriyaları seçərkən diqqət etməniz gərəkənləri təqdim edir.



Xəz seçərkən ilk olaraq onu hansı fəsildə geyinəcəyimizə qərar verək. Əgər bayırda çox şaxta varsa, tülkü, su samuru və ya qoyun xəzinə müraciət edin. Məhz bu tip xəzlər daha yaxşı isti saxlayır. Çox şaxta olmayan havalarda isə dovşan, Cənubi Amerika qunduzu, şinşılla, qaragül xəz modellərini seçin. Hazırda isə klapanlı xəzlər daha çox dəbdədir.



Qeyd edək ki, kişilər üçün olan xəzlər daha isti olur. Onlar daha ağır, sıx və sərt olur.



Xəz seçərkən digər diqqət ediləsi digər detal onun çöl, ya ferma heyvanından hazırlandığını bilməkdir. Çöl heyvanın xəzi daha isti, qalın, parlaq olur.



Bir digər detal isə davamlılığıdır. Su samuru mexi 100 % keyfiyyət standartlarına cavab verdiyindən 20 il geyinə bilərsiz. Ayı və qunduz xəzləri öz davamlılığını 18 sezon saxlayır. Samur, yenot, minsk, tülkü xəzləri 8-10 il, martens (sansar), qaragül, qoyun dərisi 6 il, vaşaq, dələ 4 il, çaqqal və dovşan xəzi 2 ildən 4 ilə qədər öz keyfiyyətini saxlayır.



Bunların arasında ən keyfiyyətsizi dovşan xəzidir,  1 il keçən kimi keyfiyyətini itirir.



Xəz seçərkən hansı çantayla geyinəcəyinizi, uzunluğunu, hansı qiymətə istədiyinizi də dəqiqləşdirin.



Təmiz xəz ləkə və qırışsız olmalıdır. Rənginin ləkəli və solğun olub olmamasına diqqət edin.



Əyninizdə geyinib baxın.



Əlinizlə sığal çəkin. Əgər ovuc içi qat uzun müddət qalarsa, deməli, keyfiyyətli deyil.



Əlinizlə əzin. Əgər əvvəlki formasını alarsa, keyfiyyətlidir.



Əgər təmiz xəz olduğuna şübhəniz varsa, azca qoparıb tükünü yandırın. Təmiz xəz ütülmüş saç qoxusu verəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!