Praktik məsləhətlər

Praktik məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 7
1. Günəş vannası qəbul edərkən zeytun yağının möcüzəsinə faydalana
bilərsiniz. Bədəninizə sürtdüyünüz yağ, çox gözəl bir şəkildə
bronzlaşmanızı təmin edərkən, eyni zamanda bədəninizə qulluq etmiş
olacaqsınız. Xüsusilə saç diblərinizə də sürtəcəyiniz zeytun yağı,
günəşin təsiri ilə istilənəcək. Beləliklə çox asan bir şəkildə
saçlarınıza maska tətbiq etmiş olacaqsınız.



2. Qoxusuz nəmləndirici bir kremin içinə, br neçə damcı ətir
qatdığınızda, o çox bahalı, ətirli bədən losyonlarını almağınıza heç
ehtiyac qalmaz. Həm yumşaq bir dəriyə sahib olarsınız, həm də müşk kimi
ətir verər.



3. Üzünüzü təmizləmək üçün artıq tonik almağınıza ehtiyac yoxdur. Gül
suyu ilə təmizləyəcəyiniz üzünüz, həm daha yumşaq olacaq, həm də daha
canlı görünəcək...



4. Dəri qulluğuna görə salonlara getmək yerinə, yumurtanın ağını ayırın
və üzünüzə maska kimi sürtün. Bir neçə dəqiqə gözləyib ilıq su ilə
yuyun. Yumurtanın içərisindəki yüksək dəyərli zülal, üzünüzün
canlanmasını və sağlam görünməsini təmin edəcək...



5. Dodaqlarınızın hamar və dolğun görünməsi üçün dişlərinizi hər
fırçaladığınızda, dodaqlarınızı da fırçalayın. Beləliklə əlavə bir baxım
etməyə ehtiyac olmadan möhtəşəm dodaqlara sahib ola bilərsiniz...



6. Bədəninizə peeling etmək istəyirsinizsə, duş süngərinizin üzərinə bir
az qabartma tozu və ya karbonat səpin və kisələnin. Dəqiqələr
içərisində yumşaq və hamar bir dəriyə qovuşacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!