Emosiyaların orqanizmə təsiri

Emosiyaların orqanizmə təsiri
Faydalı məsləhətlər
10.09.2017 15
Hamıya məlumdur ki, bizim sağlamlığımız ilk növbədə bizim əhvalımızdan
asılıdır. Bəhva ibn Həvəsxan "Mədənüş-şifa” əsərində insanın hal-əhvalı
və fiziki sağlamlığı arasındakı əlaqəni belə izah edir: "İnsan bədəndən
və ruhdan ,yəni psixiki maddədən ibarətdir. Məhz bu müştərək birləşmə
xəstəliyə məruz qalır, çünki ayrı-ayrılıqda nə bədən, nə də ruh
xəstələnmək bacarığına qadir deyil.”

Orta əsr mənbələrinə görə hər hansı bir emosiya orqanizmdə spesefik funksional dəyişiklik yaradır.

Kin — Ödü hərəkətə gətirir və üzə sarı rəng verir. İsti təbiətli insanlar üçün çox zərərlidir.

Sevinc — Üzün rəngini yaxşılaşdırır,bədəni sağlam saxlayır.

Güclü qəm-kədər və qorxu – Ürək-damar sisteminə mənfi təsir göstərir. Bəzən ürək partlaması və ölümlə nəticələnə bilər.

Utanmaq və özünü itirmək — Əvvəlcə üzün qızarmasına səbəb olur və insanı tərlədir, sonra isə üzün rəngi dəyişir.

Ümid — Mülayim sevinc kimi təsirə malikdir.

Ümidsizlik — Qəm və kədərdə olduğu kimi eyni ziyanı vardır.

Qədim mənbələrdə həddindən artıq emosiyaların və psixiki gərginliyin
fəlakəti qeyd olunur. Alimlərin mənfi emosiyaları sakitləşdirmək yox,
onların səbəbini aradan qaldırmağı məsləhət bilirlər.

Kin saxlamayın! Nəsrəddin Tusi "Əxlaqi -nasiri” əsərində aşağıdakıları yazırdı:

"Bəzən belə olur, insan öz kinini boğur və içində gizlədərək, uzun
müddət onu ürəyində gəzdirir. Axırda, o ölümlə nticələnə bilə ağır
xəstəliklərə düçar olur." Kinin müalicəsi onun səbəbini aradan
qaldırmaqdan ibarətdir, çünki səbəb gücləndikcə, nəticə də güclənir.

Orta əsrlər mənbələrinə görə mənfi emosiyalarvə psxiki gərginlikdən qorunmağa aşağlıdakılar kömək edir.

- Autrotreninq (özünütəlqin, psixoloji məşğələlər)

- Sevdiyin işlə mütəmadi məşğul olmaq

- Vaxtında istirahət etmək

Və əksinə sağlamlığa qarşı laqeydlik, pis tərbiyə, həmişə kef dalınca
qaçmaq şüurun emosional sferasının ifrat inkişafına gətirib çıxarır ki,
bu da sağlam həyat tərzi üçün böyük maneədir. Kin –kədər, depresiya və
başqa mənfi emosiyalara qarşı ən yaxşı dərman aktiv istirahət və
əməkdir.

"Tibbnamə”yə görə musiqiyə, bağda yarpaqların xışıltısına, çayların və
fəvvarələrin şırıltısına qulaq asmaq, şəkil və güllərə, gözəl təbiət
mənzərələrinə tamaşa etmək həyat enerjisini artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!