Paltardakı ləkələri belə təmizləyin yolları

Paltardakı ləkələri belə təmizləyin yolları
Faydalı məsləhətlər
10.09.2017 18
Qadınların ən böyük problemi ləkə çıxartmaqdır. Dodaq boyası, tonal krem ləkəsi və getməyən çətin ləkələr... Qadinlar.biz hansı ləkə üçün nə istifadə etməniz gərəkdiyini təqdim edir.



Qırmızı dodaq boyası ləkəsini azca spirtə batırılmş parça ilə silərək təmizləyə bilərsiz.



Ot ləkəsinə batmış geyiminizi maşına atmadan 30 dəqiqə əvvəl sirkəli suda saxlayın.



Qırmızı şərab ləkəsinin üzərinə ağ şərab tökün.



Qələm mürəkkəbinə batmış geyimin üzərinə bir neçə damcı süd tökməklə ləkədən xilas ola bilərsiz.



Kostyumun üzərindəki toz ləkələrini boyat çörək kənarları ilə ovalayaraq çıxara bilərsiz.



Qan ləkəsini oksigenli su ilə təmizləyin.



Tər ləkəsi üçün 3 ədəd əzilmiş aspirini iki qaşıq ilıq suyun içinə atın və ləkələnən bölgəni bu suyun içində bir dəqiqə saxlayın.



Pomidor ləkəsini su və sirkə qarışımı ilə təmizləyin.



Qəhvə ləkəsini yumurta sarısı, bir neçə damcı spirt və iki yemək qaşığı ilıq su qarışmı ilə yox edə bilərsiz.



Tonal kremə batan bölgənin üzərinə təraş köpüyü tökərək təmizləyin.



Şam ləkəsi düşmüş yeri buzla ovalayıb yağ bıçağı ilə sıvayın.



Yağ ləkəsinin üzərinə uşaq pudrası tökdükdən sonra ləkəli yeri yuyun.



Ağ geyiminizi rəngli geyimlərlə qarışdırıb sürprizlə qarşılaşmısızsa, ağ sirkə və yuyucu tozu qarışdırıb geyiminizi yenidən yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!