Şokolad və kakao öskürək zamanı kömək edir

Şokolad və kakao öskürək zamanı kömək edir
Faydalı məsləhətlər
10.09.2017 36
Qrip və kəskin respirator virus infeksiyaları xəstəlikləri fəslində
insanlar immunitetlərini möhkəmləndirmək üçün müxtəlif üsullar
axtarırlar. Xəstəlik özünü göstərən vaxt isə çoxları ev vasitələrinin
köməyilə və dərmansız müalicə olunmaq istəyirlər.

İmmuniteti möhkəmləndirən vasitələrin populyarlığı günü-gündən artır.
Onlardan biri də immuniteti stimullaşdıran exinasey preparatlarıdır ki,
bunun hesabına kəskin respirator virus infeksiyaları xəstəlikləri az
fəsadlarla müşahidə olunur. Amma son araşdırmaların nəticələrinə görə,
məlum olub ki, exinaseyin təsiri simptomların davamlılığını yalnız bir
neçə saat azaldır.

Bu arada 2 müstəqil ekspert qrupu diqqəti şokolada yönəldib. Sən demə,
onun tərkibində kakao-boblarda olan təbii məhsul teobromin daxildir.
Kimyəvi formuluna görə, kofeinə oxşasa da, təsiretmə cəhətinə görə,
ondan fərqlənir. O, əsəb sisteminə deyil, ürək-damar sisteminə
stimullaşdırıcı təsir göstərir. Koronar damarları genişləndirir və
ürəyin fəaliyyətini yaxşılaşdırır. Bronxların hamar əzələlərinin
boşalması hesabına, bronxların spazmasını aradan qaldırır.

Məhz teobraminin bronxlara təsirini nəzərə alaraq, təzə dərman
istehsalında ondan istifadə etmək qərarına gəlinib. İndi isə ekspertlər
insanlara öskürək zamanı şokolad yeməyi məsləhət görürlər. Ümumiyyətlə,
qara şokolad südlü və ağ şokoladdan daha məsləhətlidir. Çünki onun
tərkibi teobraminlə daha zəngindir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!