Evdəki mənfi auranı dağıdan sirli harmoniya

Evdəki mənfi auranı dağıdan sirli harmoniya
Faydalı məsləhətlər
10.09.2017 13
Evdəki mənfi auranı dağıdan sirli harmoniya:



Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır.



Bəzi evlər olur ki, ora girəndə çıxmaq istəmirsən. Bəzən isə çox bahalı
mebellə bəzdilmiş, son dəbə uyğun dizaynı olan evdən qaçmaq istəyirsən.
Bəs bu, nəyə görə baş verir? Mütəxəssislərin fikrincə, evdə müsbət
enerjinin olması insanları cəlb edir, rahatlıq gətirir, əks halda isə
insan həmin yerdə sıxılmağa başlayır.



Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta
sağlamlığında da öz izini buraxır. Bu səbəbdən də son zamanlar evə
Fen-Şuy prinsipinə əsaslanaraq düzgün dizaynın verilməsi dəb halını
alır.



Fen-Şuy – sirli harmoniya

Fen-Şuyun əsas prinsipi harmoniyaya qovuşmaqdır. Harmoniya isə
ünsürlərin (su, od, torpaq, hava) tarazlıq yaratması nəticəsində əldə
edilir. Evin dizaynını Fen-Şuya uyğun etmək istəyirsinizsə, İN və YAN
tarazlığını qorumağa çalışın.



Dizaynda İn və Yan prinsipi

Evin dizaynı zamanı İn və Yan faktorları nəzərə alınmalıdır. İnteryerdə
İn faktoru şimal tərəfdir. Evin şimal tərəfi sakit olmalı və nisbətən az
işıqlandırılmalı, şimal tərəfdə mebel və divarlar nisbətən tutqun
çalarlarda işlənməlidir. Adətən yataq otağı və ya istirahət üçün nəzərdə
tutulmuş guşə evin şimalında yerləşdirilməlidir.



Yan faktoru evin cənub tərəfidir. Bura musiqinin, başqa səslərin gəldiyi
yer, parlaq və açıq rənglər, işıqlandırma və isitmə üçün nəzərdə
tutulan xüsusi avadanlıqlar, evə əsas giriş, iş otağı, qonaq otağı,
trenajor zalı, ümumiyyətlə, aktiv fəaliyyətlə bağlı sahələr xasdır.



Otağın cənub tərəfini həddindən artıq qaranlıq etmək olmaz. Bu halda
həmin otaqda İn faktoru üstünlük təşkil edəcək. Bu da müsbət enerjini
evin həmin hissəsindən geri itələyəcək. Amma daim yüksək səsli musiqi
qoşub evin divarlarını iri şəkillərlə bəzədikdə Yan faktoru həddindən
artıq artacaq ki, bu da evin aurasına mənfi təsir göstərəcək. Ən əsası
Yan və İn faktorunu nəzərə alaraq evin dizaynında harmoniyanı
qorumaqdır.



Yataq otağı evin İn faktoru olan hissəsinə aiddir. Bu səbəbdən də yataq
otağında pastel rənglərdən istifadə etmək yerinə düşər. Alaqaranlıq
işıqlanma və çox da hündür olmayan yataq dəsti bu yer üçün münasibdir.



İş otağı aktiv fəaliyyət tələb etdiyi üçün bura üçün Yan faktoru xasdır.
Divarlar və mebel açıq çalarlarda işlənməli, hündür mebellər seçilməli,
otaq yaxşı işıqlandırılmalıdır.



Evdə hansısa sahənin yoxluğu sizə pis təsir edə bilər

Müasir evlərdə cəhətlərdən (şimal, cənub, şərq, qərb) hansısa olmaya
bilər. Lakin Fen-Şuya nəzarən bu cür mənzillər orada yaşayanlara və
sahibinə pis təsir edir. Belə evlərlə yaşayanlar arasında energetik
bağlılıq çox zəif olur.



Əgər evin cənub küncü, tərəfi yoxdursa, evin sakinləri müsbət emosiyalar
az yaşayırlar. (Misal üçün, Г və başqa qeyri-adi quruluşda olan evlərdə
hansısa tərəf olmaya bilər).

Şimal küncü yoxdursa, belə evdə fikri cəmləmək, düzgün düşünmək çətinləşir.

Qərb küncü yoxdursa, bu evin sakinləri inanclara çox fikir verəcəklər.

Şərq tərəf yoxdursa, insanlarda mübarizə aparmağa meyl azalır. Onlar öz gələcəkləri üçün çalışmaqdan imtina edirlər.

Evin hansısa tərəfinin olmaması evin abu-havasına o qədər də mənfi təsir
etmir. Lakin ev və orada yaşayanlar üçün evin hansısa tərəfində
qəbiristanlığın, barın, həbsxananın, xəstəxananın olması pis
nəticələnir. Belə yerlərdən evə mənfi enerji "Şa” axır.



Sakit axan su

Evin pəncərəsindən dəniz, çay, su hövzəsi görünürsə və bu su sakitdirsə,
belə evin Fen-Şuyu çox yaxşıdır. Lakin nəzərdə saxlayın ki, ev su ilə
sahilin bitişdiyi yerdə və ya suyun üstündə salınmamalıdır. Belə ki, bu
zaman suyun enerjisi stabil təsir etmir.



Yollar

Evin ətrafında maşınların sakit şütüdüyü yollar da "Tsi” enerjisinin
ötürücüsü rolunu oynayır. Lakin əgər maşınlar sürətlə gedirsə, "Tsi”
enerjisi "Şa” enerjisinə çevrilir.



Park və meşələr

Evin yaxınlığında yaşıllığın olması "Tsi” enerjisinin bolluğuna gətirib
çıxarır. Lakin saralmış və solmuş bitkilər "Şa” enerjisinin hökm
sürdüyünə işarə edir.



Pəncərədən görünən təpələr də öz müsbət enerjisi ilə evi dolduracaq.
Lakin bu o demək deyil ki, ev təpənin zirvəsində olmalıdır. Belə ki,
evin zirvədə tikilməsi müsbət "Tsi” enerjisinin toplanmasına imkan
vermir.



Yaşadığınız yerin yanında insanların savad almağa, bacarıqlara
yiyələnmək istədiyi yerlər, misal üçün, idman və təhsil müəssisələri,
kitabxana, uşaq bağçası, istirahət mərkəzlərinin olması da müsbət
haldır.



Təmiz vəziyyətdə olan bazarlar, ərzaq mağazaları, ticarət mərkəzləri
"Tsi” enerjisinin yaranmasına xidmət edir. Lakin natəmiz olan bazar və
başqa ticarət mərkəzləri evdə pis Fen-Şuyun formalaşmasına gətirib
çıxarır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!