Qış yorğunluğuna qarşı 10 təklif

Qış yorğunluğuna qarşı 10 təklif
Faydalı məsləhətlər
10.09.2017 15
Günəşin isti üzünün artıq bizi tərk etdiyi aylardayıq. Bu da bir çoxumuz
üçün başlı başına bir depressiya səbəbi. Və təbii bu aylar ən çox
səhərlər məcbur edir bizi. Yaxşı, yataqdan sürünərək çıxmaq yerinə
qanadlanaraq qalxmaq istəməzsinizmi? O halda təkliflərimizə qulaq asın…

1.Qaranlıqdan qaçının!

Qaranlıq səhər olduğunda belə itməmişsə, öz günəşinizi özünüz meydana
gətirin. Başınızda yandırdığınız gecə lampası sizə bu mövzuda köməkçi
olacaq. Beləliklə səhər daha rahat oyanacaq və yataqdan daha asan qalxa
biləcəksiniz.



2.Duşa girin!


Oyanmaq üçün isti soyuq duşlar qədər təsirlisi yox. Beləliklə nəm
maddələr mübadiləniz hərəkətə keçəcək, immunitet sisteminiz güclənəcək.
Ən pis havalarda belə rejiminiz səhər duşu köməyiylə düzələr.



3.Səhər bir qurtum su!


Səhər oyandıqdan dərhal sonra böyük bir qurtum su içmək, maddələr
mübadiləsini işlədir. Yatağa gedərkən başınıza mütləq bir stəkan su da
alın. Mineral suyun məzmunundakı karbonik turşunun oyandırma təsiri sizi
daha asan günə hazırlayacaq, bu da ağlınızda olsun.



4.Gecədən bir qurtum su!


Eyni şey tam tərsi olaraq da işlədilə bilər. Köhnə bir qırmızıdərili
ənənəsi, yatmadan əvvəl içilən bir stəkan suyun sizi daha səhər
saatınızın zəngi çalmadan oyandıracağını zəmanət edir. Bəhsə girərik
sonrasında artıq yuxunuz qaçmış olacaq.



5.Cazibədar bir hədəf meydana gətirin!


Saat zəngini oyanacağınız saatdan daha erkən bir saata almağı nə
deyərsiniz? Beləcə daha erkən oyanaraq özünüzə daha çox zaman ayıra
bilərsiniz. Bəlkə, axşam əlinizdən buraxa bilmədiyiniz kitabınızdan bir
neçə səhifə daha oxuya bilər ya da özünüzü gözəl bir naharla
mükafatlandıra bilərsiniz.



6.Bədən saatınıza güvənin!


Oyanma vaxtınızdan yarım saat erkənmi oyandınız? Əsla təkrar yatmağı
sınamayın. Əks halda daldığınız dərin yuxu saat zəngini eşitmənizə maneə
törədə bilər. Yataqdan qalxın, bir iki kiçik bədən məşqi edin. Və bir
neçə dəqiqə erkən oyandığınız üçün xoşbəxt olmağı təcrübə edin.



7.Qəhvə hazır!


Bir çox insan səhərlər qəhvə içmədən özünə gələ bilmir. Qəhvə maşınınızı
və qəhvə fincanınızı axşam yatarkən hazırlasanız, səhər oyandığınızda
qəhvə hazırlamaq üçün çox yorulmazsınız.



8.Ediləcəklər siyahınızı hazırlayın!


Bir məqsədiniz olmadan yataqdan qalxma fikri sizə də uzaq gəlirmi? O
zaman axşamdan bir ediləcəklər siyahısı hazırlayın. Sabahısı gün üçün
mütləq ağılınızda olan şeylər vardır. Bu şüurla ertəsi səhər yataqda
miskinlik etmək istəməyəcəyinizdən əminəm.



9.Təkrarlamanı vərdiş halına gətirin!


Yatağa nizamlı olaraq eyni saatda getmək və səhərlər eyni saatda qalxmaq
bədənin yükünü yüngülləşdirməyə köməkçi olur. Eyni şey həftə sonları
üçün də etibarlıdır. Bu mövzuda nizamsız davranmaq bədənin iç saatının
qarışmasına gətirib çıxarır. Bədən bu vəziyyətdə yatmasımı oyanıq
qalmasımı lazım olduğuna qərar verə bilmir.



10.Saatınızı uzağa qoyun!


Səhər oyanmanın ən təsirli yollarından biri də saat zəngini yataqdan
uzağa qoymaqdır. Bu vəziyyətdə zəng çaldığında qalxmaqdan başqa çarəniz
qalmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!