İnsanın yalan danışmasını nəcə başa düşmək olar

İnsanın yalan danışmasını nəcə başa düşmək olar
Faydalı məsləhətlər
10.09.2017 33
İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan
danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni
istifadə edə bilər.



Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Dil yalan
söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz.



Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı bilmək
lazımdır. Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarının yaxşı
analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa-baxa yalan
danışmaq çox çətindir. Bunu hər kəs edə bilmir. Yalan danışan insan
müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda hiss
ediləbiləcək dərəcədə dəyişiklər olacaq. Dodaqlarda yüngül oynamalar,
gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin
kiçilməsi - bütün bunlar insanın yalan danışmasına işarə edə bilər.



Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır. Adi halda
əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir. İnsanların
əksəriyyəti danışdıqları sözlərin mənasını artırmaq üçün etdiyi əl
hərəkətlərinin fərqində deyil. İnsan danışarkən əlini yellədiyini bilir
ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir. Əllərinin hərəkə
etdiyini bilmək, ancaq nə etdiyini tam olaraq bilməmək adamı şübhəyə
salır və müdafiə müxanizmi işə düşür və beləcə əllərin hərəkətləri
azalır. Və ya insan daxilən yaşadığı ziddiyyət səbəbindən əllərinin
özünü ələ verəcəyindən qorxur və əllərini ya cibinə salır, ya üzərinə
oturur və ya bir əliylə digərini tutur.

Bir insanla səmimi olaraq görüşdüyünüz zaman əllərinizi rahatlıqla
göstərirsiniz, ovuclarınız yuxarıya doğru açıq olur. Ancaq yalan
danışdığınız zaman əllərinizi ya arxanızda gizlədər ya da ciblərinizə
qoyarsınız. Yolda gedərkən söhbət əsnasında partnyorunuzun sizdən bir
addım arxada getməsi, danışdıqlarından narahat olmasının siqnalı hesab
oluna bilər.



Yalan danışan şəxs danışıq zamanı tez-tez əlini üzünə aparır. Əgər
danışıq səmimi deyilsə bu jestin sayı artır. Əl üzə gedən zaman çənəni
tutmaq, ağzı örtmək, buruna toxunmaq, gözün altını qaşımaq, qulaq
məməsini çəkmək və saçı oynatmaq müşahidə edilə bilər ki, bu da yalanı
üzə çıxardan bədən hərəkətləridir. Uşaqlar yalan danışarkən əlləriylə
ağızlarını bağlayırlar.



Yalan danışan insan tez-tez udqunur. Bədən yalan danışılmasına etiraz
edir və boğazın vəzifələrini yerinə yetirməsini məhdudlaşdırır. Danışmaq
da çətinləşir. Əgər insan yalan danışırsa kəlmələri səsləndirmək üçün
tez-tez udqunur, dodaqlarını yalayır.



İnsanın göz hərəkətlərinə fikir verin. Yalanı gözdən aşkarlamaq metodu:
qarşınızdakı insana cavabını bildiyiniz sualı verin. Cavabı
fikirləşərkən gözlərinin haralara getdiyini diqqətlə izləyin. Hər bir
şəxs doğru danışdığı zaman bir istiqamətdə baxır, yalanı danışanın
gözləri "gəzir".



Əgər söhbət etdiyiniz şəxsdən harada olduğunu soruşsanız və o da
öskürməyə başlasa bu yaxşı işarə deyil. Yalandan öskürmək klassik
aldatma metodudur. Bədən yalana qarşı çıxmağa çalışır. Öskürmək hekayə
uydurmaq üçün zaman qazanmaq şansını artırır.

İnsan nə qədər sürətli danışırsa yalan danışdığından şübhələnmək olar.
İnsanlar elə düşünürlər ki, sürətli danışsalar yalanları ortaya
çıxmayacaq.



Yalan danışan insan rahat nəfəs ala bilmir. Bu halda insanlar qarınlarıyla deyil, sinələriylə nəfəs alırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!