Burun və qulaqlara qulluq

Burun və qulaqlara qulluq
Faydalı məsləhətlər
10.09.2017 6
Burnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin
mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya
onun tərkibində olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması,
həmçinin uzun müddət yüksək temperaturlarda olması onun qurumasına səbəb
ola bilər.

Belə hallarda burnu çobanyastığı və gülümbahar çiçəklərinin dəmlənməsi (
1 st suya 1 çay qaşığı ot qarışığı ) ilə yumaq yaxşı təsir edir.Burun
dərman otlarının dəmləməsində isladılmış pambıq tamponu ilə təmizlənir.



Əgər burnun selikli qişası çox quruyursa, burnu cökə çiçəyi ya da
bəlğəmotu dəmləməsi ilə yuyurlar. Çox quruyan yerlərə gülümbahar məlhəmi
çəkilir.



Əgər bu sadə tədbirlər kömək eləmirsə, həkim-otolarinqoloqa müraciət etmək lazımdır.



Sifətin ən xoşagəlməz xüsusiyyəti burnun qızarmasıdır. Bunun səbəbi
müxtəlifdir, məsələn, qan dövranının kəsirliyi, qanazlığı, hormonal
pozğunluqlar, nevroz, donma, mədə-bağırsaq yolunun xəstəlikləri və
həmçinin kimyəvi maddələrin, ətraf mühitin zərərli təsiri ya da çəhrayı
civzə xəstəliyidir.



Qulaqları yuyarkən onları iki barmaqla (böyük və şəhadət) yüngül massaj
edin, sonra isə şəhadət və orta barmağı aralayıb qulağın ətrafındakı
dərini massaj edin.



Soyuq olanda qulaqları örtmək lazımdır, əgər hər halda onlar açıq
qalırsa, nazik layla krem çəkib qızaranacan ovuşdurmaq, sonra azca
kirşanlamaq olar.



Qulaqlarda ağrı olmasına yüngül yanaşmaq (xüsusilə iltihabi
xəstəliklərdə və qrip zamanı) və evdə türkəçarə ilə müalicə olunmaq
olmaz.



Belə hallarda həkimə müraciət etmək lazımdır. Qulaq xəstəliklərinə məhəl
qoyulmaması yarıkarlıqdan tutmuş tam kar olmağa qədər xoşagəlməz
halların əmələ gəlmə təhlükəsini törədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!