Boyalı dırnaqlarla yemək bişirməyin

Boyalı dırnaqlarla yemək bişirməyin
Faydalı məsləhətlər
10.09.2017 8
Tək bir bakteriya 7 saat içində 2 milyon, 12 saat içində 1 milyard bakteriyaya çevrilir

Əziz xanımlar, yemək bişirərkən dırnaqlarınız uzun və laklı olurmu? O zaman yazdıqlarımızı diqqətli oxuyun! Əslində nə olmaz…!



Yaddan çıxartmayın, tək bir bakteriya 7 saat içində 2 milyon, 12 saat
içində 1 milyard bakteriyaya çevrilir. Bəzi bakteriyalar qaynar su
altına belə 1 saat canlı qala bilir. Bakteriyalar çoxalmaq üçün
proteinlə zəngin olan ərzaqları sevirlər. Ət, süt, toyuq, balıq, yumurta
onların ən "sevdikləridir”. Ona görə də bu ərzaqlar potensial təhlükəli
məhsullardır.

Dırnaqlarınız mütləq qısa olmalıdır. Bundan başqa, boyadan, üzük, zinət
əşyalarından istifadə etməyin. Əllərdə yara, kəsik, sıyrıq varsa, yemək
bişirərkən antibakteriyalı məlhəm sürtərək, su keçirtməyən bandaj ilə
bağlamaq lazımdır. Ərzaqlarla işləyərkən əsla və əsla ağız, burun və
saçlarınıza toxunmayın. Siqaret çəkməyin, saqqız çeynəməyin. Dad
kontrolu zamanı qaşıqla deyil, xörəyi başqa bir qaba tökərək istəyinizi
reallaşdırın. Əllərinizi tez-tez yuyun. Ətin möhürlü, elastik, rəng və
qoxusunun normal olmasına diqqət yetirin. Soyuducunun qapısını çox açıq
saxlamayın. Ətləri ayrı-ayrı paketlərdə soyuducunun ən soyuq hissəsində
saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!