Sodanın fantastik xüsusiyyətləri

Sodanın fantastik xüsusiyyətləri
Faydalı məsləhətlər
10.09.2017 54
Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların bişirilməsi zamanı istifadə olunur.



Lakin adi sodanı bir çox digər sahələrdə də istifadə etmək mümükündür.



1. Soda məişətdə çox effektli yuyucu vasitə kimi geniş istifadə oluna
bilər. Sodanın köməyi ilə qabları, şüşələri, kafeli və s. yumaq
mümkündür. Bu xüsusilə yuyucu vasitələrə (camaşır tozu, qabyuyan
vasitələri və s.) allergiyası olan qadınlar üçün vacibdir. Soda
allergiyalara səbəb olmur.



Sodanın toksiki xüsusiyyətləri yoxdur. Bu səbəbdən sodanı körpə
uşaqların qab-qacaqlarının (əmzikli şüşələr, qablar və s.) yuyulmasında
istifadə etmək olar.



2. Soda qıcqırma və gəyirmə ilə mübarizədə çox tez kömək edir. Bunun
üçün 1/2 stəkan qaynanmış ilıq suda 1/2 çay qaşığı sodanı həll edin və
birnəfəsə için. Qıcqırmanın səbəbi mədənin turşluğunun artmasıdır. Soda
mədədə olan xlorid turşusunu neytrallaşdırır və bunun nəticəsində
qıcqırma və gəyirmə yox olur.



Lakin nəzərinizə çatdıraq ki, bu vasitəni yalnız nadir hallarda və
yalnız "təcili tibbi yardım" kimi istifadə etmək olar. Məsələ
burasındadır ki, soda mədədə olan xlorid turşusu ilə kimyəvi reaksiyaya
girərək, karbon qazı əmələ gəlir. Bunun təsirindən isə mədə şirəsinin
ifrazı artır. Nəticədə artıq miqdarlarda ifraz olunan mədə şirəsi
mədənin özünü "həzm etməyə" başlayır ki, mədəni daxildən örtən selikli
qişasında eroziyalar və xoralar əmələ gəlməyə başlayır.



Bundan əlavə sodanı tez-tez qəbul etdikdə, bu orqanizmin turşu-qələvi balansını poza bilər.



Qıcqırma və gəyirmə sizi tez-tez narahat edirsə, mütləq müalicə üçün qastroenteroloqa müraciət edin.



3. Boğaz ağrısı zamanı (angina, faringit və s.) soda ilə olan qarqaralar
çox yaxşı kömək edir. Bunun üçün 1 çay qaşığı sodanı 1 stəkan qaynanmış
ilıq suda həll edin və qarqara edin.



4. Ayaqlarınızda köhnə bərk döyənək ("mozol"), dabanlarınızda çatlar
varsa, soda ilə ayaq vannaları qəbul edin. Qaynar suya 2 xörək qaşığı
soda əlavə edin. Belə vannalar dərini çox yaxşı yumşaldır. Daha sonra
isə çatlar zamanı dərinizi daban daşı ilə yaxşı sürtün və vazelin çəkin,
döyənək zamanı ilə xüsusi plastırdan istifadə edin.



5. Diş iltihabı (flüs) zamanı da soda ilə qarqaralar yaxşı kömək edir. 1
çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və qarqara edin.



6. Ağcaqanad və digər həşaratların dişləməsi qaşınmaya səbəb olur.
Qaşınan yerə soda məhlulunda isladılmış (1 çay qaşığı soda + 1 stəkan
su) pambıq qoyun. Qaşınma tez keçəcək.



7. Bəzi qadınlarda antipersperantlardan istifadəsi allergik reaksiyaya
səbəb olur. Bu halda da soda kömək edə bilər. Quru təmiz qoltuqaltı
nahiyələrinə bir qədər soda sürtün. Bu sizi tər iyindən xilas edəcək.



8. 1 çay qaşığı sodanı 1 xörək qaşığı xama ilə qarışdırın. Bu çox yaxşı
skrab və eyni zamanda üz üçün ağardıcı maskadır. Təmiz üz dərisinə çəkin
və 15 dəqiqədən sonra masaj xətləri üzrə yüngül masaj edin. Daha sonra
ilıq su ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!