Təbii ağrıkəsici vasitələr

Təbii ağrıkəsici vasitələr
Faydalı məsləhətlər
10.09.2017 20
Hər bir insan həyatda ağrı ilə üzləşir - baş ağrısı, diş ağrısı, qarın ağrısı, oynaqlar və əzələlərdə ağrılar və s.

Ağrı hiss etdikdə insanların əksəriyyəti ağrısızlaşdıran həblərə
müraciət edir. Lakin belə həblərin qəbulu (xüsusilə insan bunu tez-tez
etdikdə) heç də ziyansız deyil. Ağrısızlaşdıran dərmanlar mədə-bağırsaq
sisteminin selikli qişasını qıcıqlandırır, alışqanlıq yaradır, müxtəlif
yanaşı təsirlər verir və s. Sübut olunub ki, uzun müddət ərzində
istifadə olunan ağrısızlaşdıran preparatlar leykopeniya kimi ağır qan
xəstəliyinin inkişafına təkan verə bilər.



Ən çox "sevdiyimiz" ağrısızlaşdıran dərman "analqin" Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən istifadə üçün qəti surətdə tövsiyə edilmir. ABŞ və
bir çox Avropa ölkələrində bu preparat artıq uzun illərdir ki istifadə
olunmur.



Təbiət bizə çoxlu sayda təbii ağrısızlaşdıran vasitələri bəhş edib ki,
bu vasitələrin istifadəsi həm lazım olan effekt verir, həm də
ziyansızdır.



- Nanə. Bu bitki çox güclü spazmolitik təsirinə malikdir. Spazm
nəticəsində yaranan baş ağrıları, qadınlarda menstruasiya qabağı və
menstruasiya zamanı ağrılar, bağırsaq sancıları və s. ağrılar zamanı
nanə dəmləməsi çox yaxşı ağrısızlaşdıran effekt verir. 1 xörək qaşığı
quru nanə 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik
qurtumlarla içilir.



- Mixək diş ağrısını azaldır. Bunun üçün diş oyuğunun içərisinə 1 dənə mixək qoymaq lazımdır.



- Sarımsaq da diş ağrısı zamanı yaxşı kömək edir. 1 tikə sarımsaq dişin
üzərinə qoyun və bir qədər gözləyin, ağrı azalacaq. Bundan əlavə
sarımsaq baş ağrısı zamanı da kömək edə bilər. Sarımsağı nazik kəsin,
gicganlara qoyun və başınızı pambıq şərflə bağlayın.



- Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran
təsirinə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya
darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.



- Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir
hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də
qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına
kömək edə bilər.



- Albalı bağırsaq sancıları və menstrual ağrıları zamanı kömək edir.



- Süd xora xəstəliyi tutması zamanı tez və effektli şəkildə kömək edir. 1
stəkan ilıq süd için və az bir vaxt keçdikdən sonra ağrının azalmasını
hiss edəcəksiniz.



- Çaytikanı yağı yanıqlar zamanı yaxşı kömək edir - ağrıları azaldır, yanıqların sağalmasını sürətləndirir.



- Evkalipt, kamfara, nanə yağları lümbaqo, nevralgiya, revmatizm
ağrıları zamanı ağrısızlaşdıran təsir edir. Bu yağları ilə kompres etmək
lazımdır.



- Xardal baş ağrıları zamanı çox yaxşı kömək edir. Bir tikə çörək götürün, ona nazik layla xardal çəkin və yeyin.



Xardal həmçinin əzələ ağrıları zamanı da yaxşı kömək edir. Xardalın bu
xüsusiyyəti xardal kağızların istifadəsinin əsasında durur. Evdə xardal
kağızları yoxdursa, pambıq parça götürün, üzərinə xardal çəkin və
ağrıyan nahiyəyə qoyun.



- Çobanyastığı çox yaxşı ağrısızlaşdıran otdur. Bu otun dəmləməsi baş
ağrıları, bağırsaq sancıları zamanı kömək edir. Babasil tutması zamanı
çobanyastığı dəmləməsi ilə olan oturaq vannaları etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!