Antibakterial sabunlar təhlükəlidir?

Antibakterial sabunlar təhlükəlidir?
Faydalı məsləhətlər
10.09.2017 35
Antibakterial sabun - bu ifadəni hər birimiz demək olar ki, hər gün
işlədirik. Bundan əlavə "24 saat müdafiə”, "Aktiv qoruyucu təbəqə”
reklam xarakterli ifadələri yəqin ki, hər birimiz eşitmişik. Bəs, biz bu
sabunların ziyanlı tərəflərini bilirikmi? Onları baha qiymətə almağa
dəyərmi?



Əksər hallarda antibakterial sabunlar özündə triklozan və triklokarbanı maddələrini birləşdirir.



Triklozan. İlk dəfə 1965-ci ildə istifadə edilməyə başlayıb. Onun əsas
funksiyası bakteriya təbəqəsini formalaşdırmaqda iştirak edən fermenti
bloklamaqdan ibarətdir. Məsələ buradadır ki, triklozan hansı
bakteriyaları bloklamağın lazım olduğunu müəyyən edə bilmir. Buna görə
də çox vaxt ziyansız, hətta orqanizm üçün xeyirli bakteriyaların
ifrazının qarşısı alınmış olur. Bu bakteriyaların olmaması dəridə
normadan artıq həssaslıq yaradır.



Triklozan bəzi adamlarda allergiya yaradır. Bəzi araşdırmalara görə
hətta triklozan hormonal pozğunluğa kimi də gətirib çıxara bilər.



Triklokarban. Endokrin sistemi üçün təhlükəlidir. Labaratoriyada
heyvanlar üzərində aparılan araşdırma göstərib ki, triklokarbanın
istifadəsi müxtəlif fiziki qüsurlara, xərçəng xəstəliyinə və hətta
reproduktiv funksiyanın pozğunluğuna gətirib çıxara bilər.



Yuxarıda sadalan hər iki vasitə dəridən çətin yuyulduğu üçün bəzən
əlimiz sabunlu qalır və sabun qırıntıları müxtəlif yollarla ağzımıza
keçir.



Fikir vermisinizsə, antibakterial sabunlar adi sabunlardan 2 dəfəyə kimi
baha satılır. Ən təhlükəlisi isə çox adamın belə sabunların zərərli
tərəfindən xəbərdar olmamasıdır. Axı bizə uşaqlıqdan tez-tez əlimizi
yumağa öyrədiblər.



Əgər sizdə antibakterial sabunlardan imtina edə bilmirsinizsə o zaman aşağıdakı qaydalara riayət edin:

antibakterial sabundan ancaq əlinizi yumaq məqsədi ilə istifadə edin

əlinizi 20 saniyədən artıq sabunlu halda saxlamayın

çalışın tərkibində triklozan və triklokarban olan vasitələrdən az istifadə edin

əllərinizi sabunlayandan sonra təmiz suda yaxşı-yaxşı yuyunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!