Gündəlik həyatda işinizi asanlaşdıran ipucları

Gündəlik həyatda işinizi asanlaşdıran ipucları
Faydalı məsləhətlər
10.09.2017 10
Alimlər kiçik görünən bəzi praktik məlumatların əslində həyat üçün olduqca əhəmiyyətli olduğunu və həyatı asanlaşdırdığını ifadə edir.



Həyatımızı asanlaşdıran bu kiçik ipuclarını sizə təqdim edirəm…



Dezodorantınızı səhər yerinə gecədən sıxsanız, gün ərzində daha az tərləyərsiniz.



3 dəqiqəlik soyuq duş qəbul etdiyinizdə 40 kalori yandırmış olarsınız.



Yumurta qaynadarkən qabıqların çatlamasını istəmirsinizsə, qaynama suyuna yanmış kibrit atın.



Mədəniz bulanırsa bir tutam toz qəhvə yemək yaxşı gələcəkdir.



Boğazınız ağrıyırkən dondurma yemək zərərli deyil, soyuq olduğu üçün faydalıdır.



Saxsıdakı çiçəkləriniz, yaranan böcəklər üzündən quruyursa, bitki kökünə siqaret külü tökün. Kül, böcəkləri zəhərləyərək öldürəcək.



Turşu edərkən duzunu nizamlaya bilmək üçün, içinə zeytun ya da yumurta atın. Batmırsa duz miqdarı yaxşıdır deməkdir.



Hıçqırıq tutduğu zaman, nəfəsinizi 15 saniyə qədər tutduqdan sonra 3 dəfə udqunun. Qısa müddət içində hıçqırığınız kəsiləcək.



Elektrik kəsilməsi əsnasında tək bir şam işığıyla qaldınızsa şamı, kiçik də olsa bir aynanın önünə qoyun. Beləcə iki qat daha çox işıqlanarsınız.



Eynək şüşənizdə cızıq varsa, bir neçə damla sirkə və ya araqla yuyun cızıqlar yox olacaq.



Çyadandakı əhəngləri aradan qaldırmaq üçün, yarı yarıya su və sirkəylə dolduraraq qaynadın və bir gecə gözlədin



Şüşələrin təmizlənməsi üçün 1 litr isti suya 2 yemək qaşığı sirkə qarışdırın və iç tərəfdən yuyarkən yuxarıdan aşağı, çöl tərəfdən soldan sağa yuyun.



Dəsmalları yumazdan əvvəl yüngül duz və limon suyu qatılmış ilıq suya batırsanız, daha tez və daha yaxşı təmizlənər. Beləcə rəngləri də pozulmaz.



Paltarı soyuq suda saxlayın. Çünki isti su ilə qarışdırıldığında tez təsirini göstərib paltarınızın keyfiyyətinin itməsinə səbəb ola bilər.



Paltar maşınınızın əhəng tutmaması üçün, yuyucu yerinə yarım litr təmizlik sirkəsi qoyun və ön yuma proqramında 95 dərəcədə işlədin. Ayda bir dəfə təkrarlayın.



Vazadakı çiçəklərin daha uzun qalması üçün, vazanıza yağış suyu qoymağı sınaqdan keçirdin çünki, çiçəklər əhəngli suyu sevməzlər.



Tikiş ipliyi iynə deşiyindən keçirə bilmirsinizsə. Sapın ucunu yüngül sabunlayın. Beləcə ucu sərtləşəcək sapı çətinlik çəkmədən iynəyə keçirə bilərsiniz.



Ayaqqabı almağa günortadan sonra, hətta axşama doğru gedin. Çünki səhər saatlarında ayaq daim kiçik olur.



Boya tutmayan köhnəlmiş ayaqqabılarınızı, rəngləməzdən əvvəl soyulmuş çiy kartofla ovun boya tutacaq.



Ayaqqabılarınız dar gəlirsə, sirkəylə islatdığınız qəzet kağızlarıyla doldurun. Səhər ayağınıza uyğun gəldiyini görəcəksiniz.

Tıxanmış tualetli açmaq üçün, dəlikə sodalı qaynar su tökməniz kifayyətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!