Noxud bağırsaqları qurdlardan təmizləyir

Noxud bağırsaqları qurdlardan təmizləyir
Faydalı məsləhətlər
10.09.2017 23
Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur.
Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii
liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə
beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium,
maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.
Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib
noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün
növləri xeyirlidir.
Noxud güclü fiziki gərginliklərə məruz qalan insanlar üçün (idmançılar,
ağır fizki işlə məşğul olanlar) çox faydalıdır - yorğunluğu azaldır,
enerji verir.
Noxud insanın ürək-damar sistemi üçün çox faydalıdır, qanın tərkibinə
müsbət təsir edir, ödemləri (şişkinlik) azaldır, qanda xolesterinin
səviyyəsini azaldır.
Noxud sidikqovucu və antiseptik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən
noxudun daim qəbulu böyrəklərə çox müsbət təsir edir - böyrəkləri
duzlardan, qumdan təmizləyir, böyrək daşı xəstəliyinin inkişafının
riskini xeyli azaldır.
Noxud antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma
prosesləri ləngidir, orqanizmi xəsrçəng xəstəliklərinin inkişafından
qoruyur. Amerika alimlərinin araşdırmalarına əsasən, paxlalıların
(noxud, lobya, soya) daim qəbulu xərçəng xəstəliklərinin və
aterosklerozun inkişafının riskini xeyli azaldır.
Noxud bağırsaqlar üçün də faydalıdır. Noxud bağırsaqları burada yığılan
şlaklardan, toksinlərdən, digər ziyanlı maddələrdən təmizləyir,
bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xroniki qəbizliklə mübarizədə
yaxşı kömək edir.
Noxud qurdqovucu təsirinə malikdir.
Noxud sümüklər və dişlər üçün də çox faydalıdır.
Noxud dəriyə də çox müsbət təsir edir - cavanlaşdırır, sızanaqlar,
civzələr və s.-dən təmizləyir. Bunun üçün noxudu üyüdmək və bir qədər
su (yağlı dəri zamanı) və ya zeytun, çaytıkanı, badam və s. yağı ilə
(quru dəri zamanı) qarışdırıb üz dərisinə çəkmək və 15-20 dəqiqədən
sonra yumaq lazımdır.
Bildiyimiz kimi, noxud köpə səbəb olur. Bu səbəbdən noxudu az miqdarda
qəbul etmək daha yaxşıdır. Bişirdikdən əvvəl noxudu yaxşı yumaq,
bişirdikdən sonra isə üzərində olan nazik qabığı təmizləmək lazımdır. Bu
noxudun köpdürücü xüsusiyyətlərini azaldır.
Podaqra, xolesistit, mədə xorası və bəzi digər xəstəliklər zamanı noxudun qəbulu arzuolunmaz sayılır.//saglamolun.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!