İsti su içmək üçün 12 səbəb

İsti su içmək üçün 12 səbəb
Faydalı məsləhətlər
10.09.2017 34
Hər birimiz suyun nə qədər həyati əhəmiyyət daşıdığını, hər gün ən az 2
litr su içilməli olduğumuzu bilirik. Ancaq insanlar soyuq su yerinə
isti, ya ilıq su içərək bədənlərinə nə qədər fayda bəxş etmiş
olacaqlarını bilmir.



Kilo vermə. Əgər bir neçə kilo artığınız varsa, maddələr mübadiləsini
sağlam bir şəkildə hərəkətləndirmək üçün isti suyun sizə faydası olacaq.
Bunun üçün günə içinə bir az limon suyu sıxılmış isti su içərək
başlayın.



Burun və boğazın təmizlənməsi. İsti su içmək soyuqdəymə, öskürək, boğaz
ağrısı üçün mükəmməl bir həldir. Bəlğəmi dağıdıb bədəndən atılmasına
yardım edir. Boğazı rahatladır və burun tıxanıqlarının açılmasına da
kömək edir.



Menstruasiya sancıları. İsti su menstruasiya sancılarının azalmasına
yardım edir. İsti suyun qarın əzələləri üzərində dincəldici təsiri var,
qarın spazmlarını da yox edir.



Detoks. İsti suyun detoks təsiri bədəni tərlətməsindən ibarətdir.
Bədəndən toksinlər atılır. İçmədən əvvəl içinə bir az limon sıxın.



Erkən yaşlanmağın önünə keçir. Toksinlər insanı daha tez yaşlandırır.
İsti su elastikliyi azalmış, sərbəst radikalların məhv etdiyi dəri
hüceyrələrinin özünü yeniləməsinə kömək edir.



Sızanaq və qara nöqtələrin qarşısını alır. İsti su bədəni dərinliyinə
kimi təmizləyərək sızanağın ana səbəblərini ortadan qaldırar.



Sağlam və canlı saçlar. isti su içmək həm də parlaq və canlı saçlara
sahib olmaq üçün idealdır. Saç köklərindəki sinir uclarına enerji verir
və aktiv hala gətirir.



Daha çox saç. İsti su içərək saçlar çoxalır və daha tez uzanır.



Kəpəyin qarşısını alır. İsti su saç dibini nəmləndirdiyi üçün dərinin qurumasını, kəpək yaranmasını əngəlləyir.



Daha çox qan dövranı, daha sağlam bir sinir sistemi. Əzələ və sinir
sisteminin düzgün çalışması üçün qan dövranını artırır. Yağ
toplantılarını parçalayır.



Həzm. Yemək zamanı, ya sonra içilən soyuq su yağları sərtləşdirir. Bu da
bağırsaq ətrafında yağ toplanmasına və nəticədə bağırsaq xərçənginə
səbəb olur. İsti su içmək həmin yağları parçalayır, həzmsizlik
probleminə də kömək edir.



Bağırsaq hərəkətləri. Bağırsaqların düzgün və sancısız çalışmasına
yardım edir, susuzluq və xroniki qəbzliyi həll edir. Səhərlər içilən
isti, ya ilıq su bağırsqlardakı çöküntünü yox edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!