Günorta az da olsa, yatın

Günorta az da olsa, yatın
Faydalı məsləhətlər
10.09.2017 16
Indi insanlar günorta saatlarında yatmağa "günorta uşaqlar yatar” deyə
boş yanaşır. Ya da ağır iş həyatı ilə bağlı olaraq günorta yatmağa vaxt
olmur. Halbuki gün ərzində azca yatmağın diqqəti artırdığı, bacarıqları
yaxşılaşdırdığı, hafizə və zəkanı inkişaf etdirdiyi deyilir.
Yuxu beyin funksiyalarını və görmə bacarığını inkişaf etdirir, fiziki və
ruhsal yaxşılaşmanı sürətləndirir.
Öyrənilməsi çətin olan kəlmələri yaddaşda saxlamaq üçün həm gecə, həm də
gündüz yuxusunun faydaları var.
Araşdırma zamanı bir fincan qəhvədəki kafein ilə 60-90 dəqiqə gündüz
yuxusunun fərqli hafizə testləri üzərində testi müəyyən edilib.
Qəhvənin heç bir təsirinin olmadığı görülərkən, günorta yuxusunun hafizə
performansını inkişaf etdirdiyi təsbit edilib.

Kafein yeni məlumatların uzun müddətli hafizəyə yerləşməsini əngəlləyir.

Gündüz yuxusunun iş yerində performansı artırdığı görüldüyü üçün bəzi iş
yerlərində işçilərə gündüz yuxusu üçün şərait yaradılır. Kompüter
istehsalçısı "HubSpot” adlı şirkətin Massaçusestdəki ofisində bir otaq
məhz bunun üçün ayrılıb.
Gündüz azca gözlərini yumub yuxuya getmək üçün ən ideal saatın 2 ilə 4
arasında olduğu deyilir. Səhər yuxusundan oyandıqdan 6-8 saat sonra
gözləri yumub yuxu almaq ən uyğun zaman hesab olunur.

Gücünüzü toplamaq istəyirsizsə, günün daha irəli saatlarında,
yaradıcılığınızı artırmaq istəyirsizsə, daha erkən saatlarda azca
gözlərinizi yumub yuxunuzu alın. 60-90 dəqiqə yatmaq olar.

Günortadan sonra 10 dəqiqəlik yatmaq gecədən qaynaqlanan narahatçılığı
aparırır.
Hazırda isə insanlar üçün beyin dalğaları və göz hərəkətlərini
incələyərək ən doğru zamanda insanı oyadan ağıllı yuxu maskaları icad
edilib. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!