Gözləri kompüterin ekranından qorumağın 5 yolu

Gözləri kompüterin ekranından qorumağın 5 yolu
Faydalı məsləhətlər
10.09.2017 22
ABŞ-da Eynək Sənayesi İstehsalçılar Ticarət Birliyinin müfaviq şurası
kompüter, android telefon və ya planşetlərin səbəb olduğu göz
problemlərini minimuma endirməyin yollarını təqdim ediblər.



Uzun müddətli kompüter, andorid telefon kimi texnoloji alətlərin
istifadəsi gözün yığılmasına və qurumasına səbəb olur. ABŞ-ın Virciniya
ştatında yerləşən şura fiziki problemləri minimuma endirərək göz
sağlamlığını qoruyan sadə, amma təsirli üsulları açıqlayıb. Şura
mütəxəssisləri hesab edirlər ki, bu məlumatları nəzərə alaraq göz
sağlamlığını qorumaq mümkündür.



Gözlərinizi yumun

Ekrana baxanda gözləri qırpmaq göz quruluğunu aradan qaldırır. Göz
qırpmağı xatırlamaq çətin olsa da, gözləri hərdən bir yumaraq göz
quruluğunun qarşısını almaq olar. Gözlərin quruluğunu əngəlləmək üçün
göz damcıları da olduqca faydalı və sadə bir üsuldur.



Oxuduğunuz mətni böyüdün:

Kompüter, ya android telefonlarında bir mətn oxuduğunuz zaman ekranı
daha çox yaxınlaşdırın. Çünki kiçik şriftlə oxumaq tez yorulmağa və baş
ağrısına səbəb olur. Şriftləri böyütmək oxumağı asanlaşdırır.



20 dəqiqə

20 dəqiqə işlədikdən sonra 20 saniyəlik fasilə verin və bu müddət
ərzində 20 addım ataraq ətrafınızda olan obyektlərə baxın. Eyni
məsafədən uzun müddət ekrana baxmaq, bu müddətdən sonra fərqli nöqtəyə
baxmaq göz əzələlərinin hərəkət etməsinə mane olur. Bunun qarşısını
almaq üçün tez-tez ətrafınızda olan obyektlərə baxmaq lazımdır.



Gözlərinizi mavi işığa məruz qaldığı müddəti məhdudlaşdırın

Bu vəziyyəti əngəlləmək digər maddələri yerinə yetirmək qədər asan
olmasa da, gözləri mavi işıqdan müxtəlif yollarla qorumaq mümkündür.
Uzun müddət ekrana baxdıqdan sonra ağ bir kağıza baxaraq gözlərinizə
istirahət verin. Bundan başqa, kompüterinizin işığını minimuma endirin.



Kompüter ekranını düzgün yerləşdirin

Kompüterin ekranını göz səviyyənizdən təxminən 13 santimetrə bərabər
dayanan şəkildə yerləşdirin. Bu yerləşdirmə boyun ilə kürək ağrılarını
minimuma endirəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!